Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri: “Şuşaya qayıtmaq istəyirəm”

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri: “Şuşaya qayıtmaq istəyirəm”

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının yeni sədri Tural Gəncəliyev dünən yeni rəhbər qismində ingilis dilində ilk tvitini atıb.
Mia.az xəbər verir ki, ingilis dilində yazılan tvitdə bu sözlər qeyd olunub:
” I’m IDP since 1992. Enough is Enough. I would like to exercise my inseparable right to return my native Shusha and to our house where I spent my childhood. #OSCEMG Co-Chairs”
– “Mən 1992-ci ildən məcburi köçkünəm. Yetərincə kifayətdir. Mən doğma Şuşaya və uşaqlığımın keçdiyi evimizə qayıtmağımın ayrılmaz hüququnu həyata keçirmək istərdim. # ATƏTMQ həmsədrləri”.
Tvitlə yanaşı yerləşdirilən iki fotoda işğaldan öncəki Şuşa şəhəri əks olunub.
Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının dekabrın 20-də keçirilən qurultayında yeni sədri seçilib.
Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini  Hüquqşünaslıq ixtisası üzrə bitirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.

Həmçinin oxuyun

“Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb. Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox …