Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / “Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır” – Gəncəliyev

“Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır” – Gəncəliyev

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev icma üzvlərinin ABŞ-ın Los-Anceles və Türkiyənin paytaxtı Ankara şəhərindəki görüşləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə bir təklif olarsa icma qarşı tərəflə dialoq apara bilər: “Azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa və Ermənistana, erməni jurnalistlərin isə Azərbaycana səfəri danışıqlar prosesi üçün çox əhəmiyyətli idi. Bu prosesin davam etdirilməsi irəliləyişə səbəb ola bilər. Əgər bu proses çərçivəsində azərbaycanlı və erməni icmalarının da görüşü, qarşılıqll səfərləri təklif edilərsə, biz bu görüşə və dialoqlara hazırıq və bu təklifi dəstəkləyirik”.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …