Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Dağıstan gömrüyü Azərbaycandan aparılan minlərlə qərənfili müsadirə etdi

Dağıstan gömrüyü Azərbaycandan aparılan minlərlə qərənfili müsadirə etdi

Dağıstanın gömrük postunda Azərbaycan ərazisindən qanunsuz yolla Rusiyaya keçirilməsinə cəhd göstərilən minlərlə qərənfil saxlanılıb.

Bu barədə “nc4.info” məlumat yayıb.

Məlumata əsasən Azərbaycandan Rusiya sərhədini keçməyə çalışan “Mercedes Benz” markalı avtomobilə baxış keçirilən zaman,  gömrükçülər maşının baqajında və salonunda ümumilikdə 191 kq çəkidə  5 min qərənfil aşkarlayıblar.

Müvafiq gömrük sənədi ilə müşayiət olunmayan malın müsadirə olunduğu bildirilir.

Faktla əlaqədar güllərin sahibi olan Azərbaycan vətəndaşına qarşı iş açılıb

Həmçinin oxuyun

Azərbaycan əhalisi ən çox ərzaqa pul xərcləyir – Statistika

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini …