Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Dağıntılar altından çıxarılan hamilə qadın körpəsi ilə birgə öldü – Video

Dağıntılar altından çıxarılan hamilə qadın körpəsi ilə birgə öldü – Video

Xəbər verdiyimiz kimi, martın 9-u Ukraynanın Mariupol şəhərində doğum evi və uşaq xəstəxanasının Rusiya tərəfindən aviazərbəyə məruz qalması nəticəsində 17 nəfər yaralanıb.

“ Azinforum.az ” ın “Ukrainskaya pravda” nəşrinə istinadən məlumatına görə, zərbə zamanı yaralanan hamilə qadınlardan biri həlak olub. Ananın bətnində olan körpə də sağ qalmayıb.

“Amerikanın səsi”nin jurnalisti Asya Dolinanın sözlərinə görə, həmin qadın hücumdan sonra xərəkdə daşınarkən çəkilən fotosu ilə dünyanın gündəminə gəlmişdi.

Xatırladaq ki, Mariupol şəhərində xəstəxananın bombardman edilməsindən sonra təxliyə olunarkən fotosu dünyada yayılan digər bir hamilə qadın – bloqer Marianna Podqurskaya martın 11-i ana olmuşdu. Onunla qızının vəziyyətinin yaxşı olduğu bildirilirdi.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …