Ana səhifə / Aktual / Dənizi daşıran son damla: “Rəis-Xoca” düşmənçiliyi nədən başladı? Türkiyə siyasətinin iki üzü qarşı-qarşıya

Dənizi daşıran son damla: “Rəis-Xoca” düşmənçiliyi nədən başladı? Türkiyə siyasətinin iki üzü qarşı-qarşıya

Türkiyədə yeni siyasi partiya yaradılacaq. Yeni partiyanın sabiq baş nazir Əhməd Davudoğlunun başçılığı altında yaradılacağı bildirilir. Məlumata görə, yeni partiyanın təsisində sabiq baş nazirin müavini Əli Babacan da iştirak edəcək. Yaxın 2 ayda yaradılacağı gözlənilən partiyanın siyasi kursu barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Əhməd Davudoğlu 2016-cı il mayın 22-də istefa verib. Bir zamanlar Rəcəb Tayyib Ərdoğanla Əhməd Davudoğlu arasındakı möhkəm dostluq sonradan rəqabətə və hətta bəzi mənbələrə görə düşmənçiliyə keçib.   

AKP-də Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlu böhranı nədən başlayıb və bu vəziyyətə gəlib?  “Rəis-Xoca” dostluğunun qoparan məqamlar nələr olub?

Partiyada bu iki önəmli şəxs arasındakı problem ilk dəfə özünü qabarıq şəkildə  o zaman göstərdi ki, fövqəladə konqresin keçirilməsi qərara alındı. 2016-cı ildə başlayan bu prosesdən əvvəl iki siyasi 1 saat 40 dəqiqə təkbətək görüşdü. Bu görüşdən sonra fövqəladə konqres keçirilməsi barədə qərarı açıqladı. Görüş dünya mətbuatında böyük diqqətlə qarşılandı.

Ancaq böhran uzun tarixə dayanırdı, bu, sadəcə ictimaiyyətə və mətbuata ciddi yansıyan olay idi.

İlk çat 12 sentyabr 2015-ci ildə başlayan 5-ci Böyük Konqresdə başlamışdı. İki siyasətçi arasında Mərkəz Qərar və Yönətim Qurumu (MKYK) siyahısındakı namizədlərlə bağlı yaranmışdı. Siyahı tərəflər arasında böyük problemi ortaya qoydu. Hətta anlaşılmazlıq o zamanlar Rəcəb Tayyib Ərdoğanın müşaviri olan Binəli Yıldırımın konqresdə başqanlığa namizəd olması ehtimalına qədər getmişdi. Yıldırım üçün imzalar toplanmış, ancaq daha sonra razılaşma əldə olunduqdan sonra Davudoğlu tək namizəd olmuşdu.

Üzünə vuran “anlaşılmazlıq” ifadəsi

İkinci böhran isə seçkiqabağı yaşandı və baş nazir Əhməd Davudoğlunun açıqladığı “Şəffaflıq Qanun paketi” il ortaya çıxdı. Davudoğlu sərvət bəyannamələrini də nəzərdə tutan “Şəffaflıq paket”ni açıqladıqdan sonra bu sənəd Ərdoğanda narazılıq yaratdı. O zamankı açıqlamasında Ərdoğan sənədi “zamansız və gərəksiz” adlandırdı. Bu açıqlamanın ardınca paket masadan qaldırıldı. Anlaşılmazlıq Prezident İqamətgahında 19 yanvar 2015-ci ildə keçirilən Nazirlər Kabineti toplantısında Davudoğlunun duruşunda, hətta üz ifadəsində də hiss olunurdu.

Hakan Fidan böhranı

İki nəfər arasındakı üçüncü böyük böhran  MİT müştəşarı Hakan Fidanla bağlı ortaya çıxdı. Seçkidə Fidanın namizədliyi qoyuldu və Davudoğlunun “yanımda olmasını istəyirəm” dediyi Fidan namizədlik üçün vəzifəsindən ayırıldı. Ancaq bu durum Ərdoğanı narahat etdi. Bildirdi ki, istefa qərarı onun xəbəri olmadan verilib və buna görə də Fidanın istefasını qəbul etməyəcək. Ərdoğanın bu açıqlamasından sonra Fidan namizədliyini geri götürdü və yenidən vəzifəsinin icrasına başladı.

Saraydakı gərginlik

İki siyasətçi arasındakı gərginliyin daha bir səbəbi Dolmabağça sarayında HDP heyəti ilə hökumət üzvlərinin görüşündə üzə çıxdı. Bu görüşdən sonra ortaq mətbuat konfransı keçirildi. Türkiyə gözünü qırpmadan prosesi izləyirdi. İki gün sonra prezident Ərdoğan “O görüntüyə müsbət yanaşmam mümkün deyil” deməklə təpkisini ortaya qoydu və anlaşma iddialarını təkzib etdi.

İki şəxs arasındakı ən ciddi böhran isə “çözüm zamanı” ilə bağlı ortaya çıxdı. Baş nazir Əhməd Davudoğlu 3 aprel 2016-cı ildə “PKK bütün silahlı ünsürlərini Türkiyədən xaricə çıxarıb ölkə daxilində tək bir silahlı ünsür qalmazsa, 2013-cü ilin mayına dönülərsə, hər şey danışa bilərik” açıqlaması ilə gündəmə gəldi. Davudoğlunun bu açıqlamasının ardınca Ərdoğandan “Müzakirə ediləcək bir şey yoxdur” ifadələri böhranı bir daha ortaya qoymuş oldu.

Akademiklərin ayrılığı

Böhranın üzdə görünən tərəfərindən biri də “Barış bildirişi” adlı sənədə imza atan elm adamlarının həbsi oldu. Davudoğlu dərhal onların sərbəst buraxılmaları və istintaqın belə davam etməsinə tərəfdar olduğunu açıqladı. Ərdoğan isə buna sərt təpki verərək “Sərbəst buraxılmaq nə deməkdir? Günahkardırlar, sərbəst buraxılmayacaqlar” deməklə ipləri qopardı.

 Və nəhayət son…

İki siyasətçi və dost arasındı ipləri qoparan an isə 2016-cı ilin mayında oldu. Davudoğlu Qətər ziyarətində olduğu zaman MKYM üzvləri onun təşkilatlara nümayəndə göndərmək hüququnu əlindən alan mətni imzalamaya çıxardı. Davudoğlu bundan səfərdən qayıtdıqdan sonra xəbər tutdu. İmza böhranını görən Davudoğlu mətni imzalayan ilk şəxs oldu.

Baş nazir partiyasının qrup toplantısındakı çıxışında “Bir faninin tərk etməyəcəyi düşünülən hər məqamı əlimin tərsiyə itələyərəm, amma əsla bu müqəddəs hərəkətdəki heç bir dava yoldaşımın qəlbini qırmaram”, – dedi.

Çox keçmədən Ərdoğandan növbəti həmlə gəldi. Muxtarlara xitabən etdiyi çıxışında Ərdoğan “Muxtar olsanız da, bələdiyyə başqanı, nazir, baş nazir, prezident olsanız da, qəlbiniz və ağlınız millətə xidmət üçün çalışmalıdır. Türkiyə bu dönəmlərdə tarixi addımlar atır. Bunun yanında öz ideologiyası, maraqları üçün vəzifəni işğal da var. Millətimiz hər iki örnəyi də gördüyü üçün qiyməti verir. Məhəlləsində, kəndində yaşayanın könlünü ala bilməyən muxtarla millətimin etibarını qazanmamış prezidentin vəziyyəti eynidir. Hər ikisi məğlubiyyətə uğrayıb. Önəmli olan gəldiyiniz yerə necə gəlməyiniz və nə olduğunuzu unutmamğınızdır”, – deməklə sözü Davudoğluna atdı.

Bu, dənizi daşıran son damla oldu…

XCebhe.info

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …