Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Dələduzluğun qurbanı güc nazirlərinə müraciət etdi – ŞİKAYƏT

Dələduzluğun qurbanı güc nazirlərinə müraciət etdi – ŞİKAYƏT

Masallı rayon sakini Azinforum.az vasitəsilə rastlaşdığı dəladuzluqla bağlı dövlət rəsmilərinə müraciət edib. Həmin şikayəti olduğu kimi təqdim edirik:

“Əvvəla Salam!Yazıb sizə bildirirəm ki,mən Ağayev Elnur Azər oğlu 22.07.1992-ci ildə Masallı şəhərində anadan olmuşam.1998-ci ildə Masallı rayon E.Ağayev adına Hişkədərə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşam.2009-cu ildə isə elə həmin məktəbin 11-ci sinfini yaxşı qiymətlərlə bitirdim.Həmin ilin yay aylarında ailəmizin sosial vəziyyəti yaxşı olmadığından paytaxta üz tutaraq iş tapıb işləmək üçün gəldim.2009-cu ildə mən Bakı şəhəri Nəsimi rayon M.Əcəmi metrosu yaxınığında yerləşən “Moskva Univermağı”adlı qızıl-alqı satqısı mərkəzində satıcı kimi fəaliyyət göstərməyə başladım. İşlədiyim dövr ərzində təzə-təzə özümün necə bir insan olduğumu ətrafımda olan kollektivə bildirirdim ki, hansısa mərdiməzar qarşıma çıxaraq mənim rüsvay olmağıma və işdən çıxarılmağıma nail ola bildi.Danışacağıma adam demək olarsa,o ,1977-ci il təvəllüdlü Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğludur.Zaura hansı ad desən yaraşır.Çünki bu adam peşəkar yalançı,fırıldaqçı,dələduz və cilddən-cildə girməyi bacaran Azərbaycan vətəndaşıdır.Məmmədov Zaur mən satıcı işlədiyim dövrdə mağazaya bahalı geyimdə gələrək özündə mənə qarşı inam yaradaraq,etibardan sui- istifafə edib 3700 $ məbləğində qızıl-zinyət əşyalarını götürərək geri qaytarmadı.

Mən Ağayev Elnur Azər oğlu 2009-cu il adın çəkdiyim ticarət mərkəzində inamımı Zaura görə itirərək banklara,möhtac oldum və həmin univermağdan çıxmalı oldum.2010-2012-ci illərdə cəbhə bölgəsində vətənə olan layiqli borcumu qaytararaq geri döndüm.Hadisədən 6(altı)il keçməsinə baxmayaraq Zaur mənə olan borcunu geri qaytarmaq istəmir.2012-ci ildən mən bütün hüquq-mühafizə orqanlarımıza rəsmi və qeyri-rəsmi müraciət etmişəm.MTN-nə,DİN-nə,ƏN-nə, Nəsimi RPİ-nə,hadisə baş verdiyi ərazi 19-cu polis bölməsinə şikayət etmişəm.Mənim sonradan apardığım xırda araşdırmalar zamanı məlum oldu ki,bu adam bu işin peşəkarı olaraq arxasında hansısa güclü qüvvənin durması hesabına bu işi özü üçün hobbi seçib.Valideyni ilə telefon danışığım da qarşı tərəfdən aldığım cavab isə bu olub: “SƏN HEÇ BİLİRSƏN ZAURUN ARXASINDA KİMLƏR DAYANIR?” MƏN “BİLMİRƏM” CAVABI VERDİKDƏ…Anası Məmmədova Xavər Ağakərim qızının sonrakı sözü bu oldu: “Oğluma bir şey olsa, səndən əl çəkən deyiləm!”

Sən demə, mən bu insanın nə ilk,nədə ki,son qurbanı deyilmişəm. O, Masallı rayonundan olan Mirzağa adlı bir  bir cavana da 13.000 azn dəyərində ziyan vurub.Vətəndaş Məmmədov Zaur Qalabəy oğlunu 2013-cü ildə Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları digər bir əməlinə görə CM-nin 178- yəni dələduzluq maddəsi ilə paytaxt sakininin rəsmi şikayəti əsasında saxlamağa müvəffəq olsalar da, Zaur burdan da alnı açıq,  heç nə olmamış kimi sərbəst buraxılıb. Mənim sizə yazmaqda məqsədim budur ki,müraciətim media vasitəsi ilə aidiyyəti orqanlara çatdırılsın. Son ümid yerim siz oldunuz.Diqqətiniz üçün təşəkkürlər!”

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın