Ana səhifə / Aktual / Dəb ədəbiyyatı: Dəbiyyat

Dəb ədəbiyyatı: Dəbiyyat

Azinforum.az Nemət Hacıəliyev “Dəbiyyat” yazısını təqdim edir.     

 

Son yüz ildə ədəbiyyat dəb halını alıb. Çünki dəb böyük pullar gətirir. Dəbinsə hər zaman reklama ehtiyacı var.

 

Dəb halını almış ədəbiyyata qısaca dəbiyyat demək olar. Bu psixoloji effekt, inqilab, yenilikdir. Dəbdən kənarda qalmağı seçən yazıçılar ədəbiyyatın dərin qatlarına enməyə çalışıb, elə orada da ilişib qalırlar. Dəbiyyatsa hər şeyə üzdən yanaşır. Eyni zamanda, reklamın gücilə sanbalını saxlamağa çalışır. Məsələn, Lev Tolstoy kimi “İvan İliçin ölümü”nü 100 dəfə yaşayıb yazmaqdansa, kitabı Merlin Monro, Madonna kimi məşhurlarla reklam edib satırlar. Yaxşı da pul gətirir. Bir həftəyə rəflərdə kitab qalmır. Reklamın əsas gücüsə seksual qadın obrazıdır. Məşhur olsa, ikiqat uğur gətirir.

 

Dəb xətrinə oxuyanlar kitabla şəkil çəkdirmək xətrinə təqdimatlara gedir, kitab alır, şəkil çəkdirdikdən sonrasa şkafa atırlar. Gündəmdə olmaq üçün insan nələrə qadirdir?!.

 

“Nə üçün bizdə kitab satılmır?” sualına cavabı qısaca olaraq dəbiyyatla bağlayıram. Heç bir seksual müğənnimiz kitabla şəkil çəkdirmir. Demək olar, heç bir verilişdə kitab reklam olunmur. 6 nəfər yazıçı toplaşıb, 100 oxucunu təqdimata gətirə bilmir. Xarici ölkələrin birindəsə yazıçı kitabının təqdimatında imza atmaqdan əli keyimişdi.

 

İnsanı lap uşaqlıqdan gizli yerlərə cəlb edən maraqdır. Maraq olmayan yerə heç kim yaxın durmur.

 

Bir rəssam görmədim, kitab oxuyan yarıçılpaq qadın şəkli çəksin. Heç bir klipdə kitab oxuyan qadın görmədim (Tək-tük varsa da çox azdır).

 

Aleksandr Düma teatra adam yığmaq üçün hansı üsuldan istifadə edirdi, bilirsinizmi? Teatrın başlamasına iki saat qalmış binanın önündə qışqırırmış:

 

– Ay camaat, bugünkü tamaşada kişi qadını öpəcək.

 

O vaxt üçün səhnədə öpüşmək böyük inqilabdı. Bundan istifadə edərək Düma tamaşada anşlaq yaradırdı.

 

Ronaldonun “İnstagram” səhifəsində təsadüfən şəkil gördüm. Ronaldo kitab oxuyurdu. İnanın, o kitabı tapıb oxuyan qızların sayı çox olacaq. Dəb budur. Dəb ədəbiyyatın inkişafını sürətləndirir.

 

Ancaq bir məsələ var. Dəblə ayaqlaşan yazıçı kitabını yaxşı satsa da, ağzına gələni yaza bilər. Buradasa yazıçının vicdanı işə düşməlidir. Təkcə pul qazanmaq xətrinə yazırsa, yaxın 20 ildə tanınacaq. Sonra gözdən itəcək. Dərin qatlara enmiş ədəbiyyatçılarsa 200-300 il keçdikdən sonra da yaddaşlarda qalırlar.

 

Bir yazıçının müsahibəsini oxuyuram. Sual belə idi:

 

– Özünüzü varlı sayırsınızmı?

 

Əlbəttə, yazıçı məşhur idi. Kitab biznesində yerini tutmuşdu. Cavabı belə oldu:

 

– Digər gəlirli işlərdə işləyənlərə baxanda, xeyr. Elə də yox.

 

Yazıçının da pula ehtiyacı var. Uilyam Folkner ona gələn qalaq-qalaq oxucu məktublarını oxumurdu. Sadəcə zərfin küncünü cırıb içində çek olub olmadığını yoxlayırdı. Evdəki ac uşağa “al, bu kitabı ye!” deyə bilməzsən. Uşaqlıqda Çarlz Dikkensin, Lev Tolstoyun romanlarının nə üçün belə qalın olduğunu düşünürdüm. Cavabı çox sadədir. Hər vərəqə görə pul alırdılar. Həm gözəl yazırdılar, həm də yaxşı qazanırdılar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …