Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Dəyişiklik qəbul edilmədi – Millət vəkillərinin etirazı nəzərə alındı

Dəyişiklik qəbul edilmədi – Millət vəkillərinin etirazı nəzərə alındı

Deputatların “Lotereyalar haqqında” qanundakı son dəyişikliyə etdikləri etiraz nəzərə alınıb.
Belə ki, deputatlar qanun layihəsində təklif olunan Tiraj Komissiyasının üzvlərinin sayının beşdən üçə endirilməsinə etiraz etmişdilər.
Bu gün sözügedən qanunun üçüncü oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, deputatların Tiraj komissiyasının üzvlərinin beş nəfər saxlanılması təklifi qanunverici təşəbbüsü subyekti tərəfindən nəzərə alınıb.
Layihə səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …