Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Dərsliklərin satılmasına reaksiya – “Kitablar göndəriləcək”

Dərsliklərin satılmasına reaksiya – “Kitablar göndəriləcək”

Yevlax rayon 7 saylı orta məktəbdən dərs vəsaitlərinin çatışmazlığına aydınlıq gətirilib.

Sözü gedən məktəbin direktor müavini Rahilə Abdullayeva AzNews.az-aaçıqlamasında bildirib ki, çatışmayan dərsliklərlə bağlı artıq Təhsil Nazirliyinə məlumat verilib:

“Siniflərdə neçə şagirdə hansı kitabların verilməməsi ilə bağlı siyahı tutulub və Nazirliyə məlumat verilib. Yaxın bir həftə ərzində kitablar məktəbə göndəriləcək. Biz bütün şagirdlərə kitabı dövlətimizin qərarına görə pulsuz veririk. Şagirdə heç bir kitab satılmasından söhbət gedə bilməz”.

Rahilə Abdullayeva məktəbdə şagirdlərə çatmayan dərsliklərin Yevlax rayon kitab mağazalarında satılmasına da münasibət bildirib: “Mağazalarda satılan kitablarla bağlı heç bir məlumatımız yoxdur. Heç bir məktəb mağazaya satılmaq üçün kitab verə bilməz”.

Qeyd edək ki, Yevlax rayon orta məktəblərində dərs vəsaitilərinin çatışmaması məsələsi qaldırılıb. Valideyinlər məktəbdən onlara çatışmayan kitabların pulla alınmalı olduğunu deyildiyini bildirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın