Ana səhifə / Aktual / Dərslərin başlanması ilə bağlı anlaşılmazlıq – RƏY

Dərslərin başlanması ilə bağlı anlaşılmazlıq – RƏY

“Hazırda ən ciddi anlaşılmazlıq 6 günlük iş günü olan məktəblərin dərslərə nə vaxt başlamasıdır”.

Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib:

“Nazirlər Kabinetinin qərarına əsasən, altıgünlük iş həftəsində son istirahət günü 25 martdır və onlar 26 martda işdə olmalıdırlar.

Amma burada orta məktəblər ilə bağlı bir məqam var. Əgər məktəbin rəsmi iş günü 5 günlükdürsə, onlar üçün ilk iş günü 29 martdır. Əgər məktəbin iş günü 6 günlükdürsə, onlar 26 martda işdə olmalıdır.

Lakin yenədə 5 və 6 günlük ilə bağlı məsələdə diqqəti çəkəcəyim başqa məsələ var. Pandemiya səbəbindən məktəbdə dərslərin 1-3-5 və 2-4-6-cı günlər rejimində təşkil edilməsi 6 günlük iş rejimi deyil. Bu fors-major haldır”.

Ekspert bildirir ki, tədrisin təşkili üçün ictimai nəqliyyatın hərəkəti təşkil edilməlidir:

“Ona görə də müəssisə rəhbərliyi iş gününü müəyyən edəndə bu amili nəzərə almalıdır. Çünki normal nəqliyyat vasitələrinin olmaması həm təhsil alanların, həm də təhsil verənlərin tədris prosesində iştirakını məhdudlaşdırır”. Cebhe.info

Həmçinin oxuyun

Rusiya 100 mindən çox azərbaycanlı miqrantı ölkədən çıxarır

Rusiya qeyri-qanuni miqrantlardan ölkəni tərk etmələrini tələb edir. Rusiya daxili işlər nazirini müavini Aleksandr Qorovoy …