Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Dərslər 15 sentyabrda başlaya bilər? – “Onlayn təhsil baş aldatmaqdır”

Dərslər 15 sentyabrda başlaya bilər? – “Onlayn təhsil baş aldatmaqdır”

Sentyabr ayında yeni tədris ili ənənəvi qaydada başlaya bilərmi?
Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov uzun müddətdir müzakirə olunan məsələyə dair açıqlama verib.
“Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb. Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər. Şəkildə də adi bir imtahan prosesi əks olunub. Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər. Sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalara dərsə başlamaq olar.
Əgər onlayn, distant təhsil düşünən varsa, bu çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”,-K.Əsədov deyib.

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …