Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Aktual / “Dərs vaxtı” proqramının yayımına start verilir

“Dərs vaxtı” proqramının yayımına start verilir

Sentyabrın 1-dən “Mədəniyyət” telekanalında “Dərs vaxtı” proqramının yayımına start verilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, həftənin beş günü məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq. Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri sizinlə əvvəlcədən paylaşılacaq.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Həmçinin oxuyun

“İntizam komissiyası Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər” – Katib

“Qüdrət Həsənquliyev uzun illərdir ki, Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Onun məlum çıxışı hər …