Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Dərnəgül yolu yenidən bağlandı

Dərnəgül yolu yenidən bağlandı

Bakının tez-tez təmir işlərinə görə bağlanan Ziya Bünyadov prospektindəki (Dərnəgül yolu) körpülərdən ikisi yenidən nəqliyyatın üzünə qapadılıb.

Modern.az saytının məlumatına görə, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsində yerləşən hər iki körpüdə “20 Yanvar” istiqamətindən “Korpoğlu” metrostansiyasına doğru hərəkət hissəsi yenidən təmirə bağlanıb. Bir neçə gündür həmin yol ötürücülərinin bağlanması səbəbindən bu ərazilərdə nəqliyyatın tıxacı yaşanır.

Qeyd edək ki, hər iki körpüdə təmir işləri elə bu yaxınlarda, yanvar ayında həyata keçirilmişdi. O zaman “Azəryolservis” ASC təmir işlərini yol ötürücülərində temperatur tikişlərinin yenilənməsiylə əlaqələndirmişdi. Bu dəfə də körplərin üzərində yenidən qazma-qaşıma işləri aparılır…

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın