Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Aktual / Dərman mafiyasında adı hallanan deputat oğlu danışdı: “Mənim mafiya ilə…”

Dərman mafiyasında adı hallanan deputat oğlu danışdı: “Mənim mafiya ilə…”

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov saxta dərman əməliyyatında adı keçən “Elit” apteklər şəbəkəsinin onların ailəsinə aid olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. H.Axundov öz açıqlamasında qeyd edib ki, əvvəl “Favorit” marketlər şəbəkəsini də onun adına bağlayırdılar.

“İndi də “Elit” apteklərini mənim və anamın adına bağlayırlar. Anamı hansısa dərman mafiyası ilə bağlayırlar. Bundan böyük cəfəngiyyat oxumamışam. Məqalədə göstərilənlər hamısı ağ yalandır”, – deyə Həbib Axundov söyləyib.

Həbib Axundovun dediyinə həmin apteklər 1993-cü ildən işləyir: “Anam o aptekin birindən dərman alırdı, aptek yaxşı işlədiyindən demək olar ki, şəhərimizin bütün tanınmış simaları ordan dərman alır. Mən heç bilmirdim ki, o aptek şəbəkədir. Elə bilirdim ki, iki-üç dənədir. Nəsimi rayonunda bir dənə qeyri-yaşayış obyektim var. 73-75 kvadrat olar. Həmin yeri aptekə icarəyə vermişəm. Əlimdə icarə müqaviləsi də var. İcarəyə vermək dərman mafiyasını işlətmək deməkdir?

Bütün bu yazıların arxasında bir xəstə insan durur, o, neçə illərdir ki, bizə qarşı kampaniya aparır. Onun əlindən gələn də budur. Təəssüflər olsun ki, siz də bu kampaniyaya qoşulmusunuz. Artıq icarəyə verilən obyektdən də istifadə edir. Nəsimi rayonundakı həmin obyektin yuxarı mərtəbəsindəki çayxana isə mənə məxsusdur. Burada nə var ki? Mən öz kiçik biznesimi qurmuşam və şəffaflıq şəraitində, təmiz və vicdanla işlərimi aparıram. Bədxahım kimi, qohumların arxasında gizlənmirəm. Ya da, yazırlar ki, Alov Qülləsində də mənzil alınıb. Alov qüllələri oteldir, orada mənzil var ki? Heç bilməmişəm”.

H.Axundov 8 milyonluq cinayət işindən də danışıb. O, qeyd edib ki, cinayət işi çoxdan bitib: “İş məhkəmədədir. Mən də həmin məsələdə zərərçəkmiş qismindəyəm. Bu bədxah insanı və onun əlaltılarını şantaja görə biz 2 dəfə məhkəməyə vermişik və həqiqəti sübut etmişik, o, hər yerdə uduzur və ona görə bizdən qisas almaq üçün belə ucuz şoular təşkil edir. Özü də ən iyrənc hal ondan ibarətdir ki, bu xəstə insan xanıma qarşı, özü də ictimaiyyət arasında böyük nüfuz sahibi olan xanıma qarşı belə çirkin kampaniya aparır. Bu, kişilikdən uzaq bir hərəkətdir. Sözün var, mənə de, daha anamı nə üçün ləkələyirsən? Jurnalistlərdən də narazıyam. Bizim mövqeyimizi öyrənmədən sensasiya xatirinə belə ucuz məqalələr çap edirsiniz, anama qarşı ağır ittihamlar irəli sürürsünüz. Belə olmaz! Mən və anam mətbuata həmişə açıq olmuşuq və həqiqəti söyləmişik”.

Həmçinin oxuyun

“Biz hamımız gəmi kapitanının ətrafında sıx birləşmiş vahid komandanın üzvləriyik” – Deputat

“Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi faktı müəyyən qüvvələri olduqca narahat edir. Ölkəmizdə asayişi …