Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / DƏRMAN İNHİSARÇISI YENƏ SOBATAJA ƏL ATIR – Süni qıtlıq yaradıb, qiymətləri qaldırır

DƏRMAN İNHİSARÇISI YENƏ SOBATAJA ƏL ATIR – Süni qıtlıq yaradıb, qiymətləri qaldırır

Azərbaycanın dərman bazarında inhisarçı mövqeyə sahib olan “Avromed” firması dolların məzənnəsinin kəskin dəyişməsi ilə əlaqədar apteklərə dərman verilməsini dayandrıb. Bu barədə virtualaz.org saytına əczaçılıq sektorundakı mənbələr bildiriblər.
Saytın əməkdaşının Bakının bir neçə aptekində apardığı sorğu bu məlumatı təsdiqləyib. Məlum olub ki, apteklər demək olar ki, Yeni ilin əvvəlindən “Avromed”in anbarlarından dərman ala bilmirlər. Nəticədə apteklərdə mövsümü xəstəliklərə qarşı dərmanların əksəriyyəti yoxa çıxıb, hətta baş ağrısına qarşı adi dəmanları (“Spazmalgon”, “Sitramon” və s. ) apteklərdə tapmaq mümkün deyil. Tapılanda isə bu dərmanla Tarif Şurasının müəyyən etdiyi qiymətdən az qala iki dəfə baha təklif edilir.
Əczaçılar bildiriblər ki, “Avromed” apteklərə dərman verilməsini ancaq bu gün bərpa etməyə hazırlaşır. Lakin dərmanların qiymətinin artacağı da gözlənilir. Çünki firma dolların manata nisbətdə məzənnəsinin kəskin artmasını əsas gətirərək dərmanları köhnə qiymətə satmaq istəmir.
Xatırladaq ki, ötən ilin fevralında manatın birinci devavasiyasının ardınca da analoji vəziyyət yaranmışdı və apteklərdə dərman qıtlığı yaranmışdı. Daha sonra açıqlandı ki, dərman bazarını inhisarda saxlayan firmalar prezidentin dərmanları bahalaşdırmamaq barədə göstərişindən sonra sabotaja əl atıblar və apteklərə dərman verilməsini dayandırıblar. Hansı ki, bu firmaların əslində dərmanları dəyərindən bəzən 10 dəfə baha satdığı məlum olmuşdu.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında inhisarçılığa və soyğunçuluğa son qoymaq üçün qəti tədbirlərin görülməsini tapşırdı. Bundan sonra Tarif Şurası dərman pereparatlarının ölkə üzrə vahid satış tariflərini müəyyən etdi. Nəticədə əksər dərmanlar xeyli ucuzlaşdı. Lakin manatın ikinci devalvasiyasından sonra dərman firmaları Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə işləməkdən faktiki olaraq imtina edir. Üstəlik dolların “qara bazar” kursunun tez-tez dəyişməsini əsas gətirərək anbarlarının qapılarını da bağlayıblar.
Xatırladaq ki, prezident Nazirlər Kabinetinin sonuncu iclasında da manatın devalvasiyasındn sui-istifadə edənlərə qarşı sərt tədirlərin görülməsini tapşırıb. Hüquq-mühafizə orqanları artıq “Alfa-med” firmasının və bəzi broyler fabriklərinin rəhbərlərinə qarşı qiymətləri süni şəkildə artırmağa görə cinayət işi qaldırıb.

343-300x160Qeyd edək ki, “Avromed” şirkəti millət vəkili Cavanşir Feyziyevə məxsusdu. “Azpolitika.info” bildirir ki, son illər bu şirkət dərman bazarını böyük ölçüdə inhisara alıb. Belə ki, sözügedən şirkət hazırda dünyanın aparıcı əczaçılıq şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycana idxal olunması və bütün ölkə ərazisində müxtəlif kateqoriyalardan olan alıcılara çatdırılması ilə məşğul olur. Bəzi məlumatlara görə, “Avromed”in müştəriləri sırasına 20-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 1500-ə yaxın fərdi aptek və digər qurumlar daxildir.

Onu da qeyd edək ki, dərmanların böyük hissəsi qeydiyyatdan yayındırıldığından, dövlətə çatmalı vəsaiti də mənimsəyirlər.Belə ki, rəsmi məlumatlara görə, 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib. Bu aya 20 milyon dollar edir. Yəni rəsmi məlumatlara görə, il ərzində Azərbaycana 240 milyon dollar dəyərində dərman idxal edilir. Ancaq 2015-ci ilin yanvar ayının 21-də Milli Məclisin deputatı, “Avromed” şirkətinin idaretməsini həyata keçirən Cavanşir Feyziyevin müsahibəsi yayılıb.

Cavanşir Feyziyev həmin müsahibədə qeyd edib ki, Azərbaycanda 2000-ə yaxın aptek fəaliyyət göstərir. Əgər ölkəyə il ərzində 240 milyon dollarlıq dərman idxal edilirsə bu hər aptekin payına ayda təxminən 10 min dollarlıq dərman düşür. Bu isə gündəlik 333 dollar edir. Azərbaycanda hansısa aptekin günlük alverinin 333 dollar olduğuna inanmaq isə sadəlövhlükdən başqa bir şey deyil. 333 dollar bəzi hallarda iki resseptdə yazılan dərmana bəs etmir. Deməli rəsmi rəqəmlər həqiqəti əks etdirmir. Bunu Cavanşir Feyziyevin müsahibəsindəki sonrakı fikirlər də təsdiqləyib.
Belə ki, Cavanşir Feyziyev həmin müsahibədə bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir. Göründüyü kimi Cavanşir Feyziyevin söylədiyi məbləğlə, rəsmi açıqlanan məbləğ arasında 460 milyon – təxminən yarım milyard dollara yaxın fərq var.
Bu, fərqin dərman inhisarçılarının cibinə getdiyi şübhə doğurmur. Ancaq bu da onların illik qazancını tam əks etdirmir. Ölkəyə inhisarçılar rəsmi qeydiyyatdan yayındırmaqla, qaçaqmal yolu ilə kifayət qədər dərman gətirib satırlar ki, burdan onların qazancı daha böyük olur. Bu rəqəmin il ərzində bir-neçə 100 milyon olduğu şübhə doğurmur. Yəni, sadə hesablamalar dərman ihisarçılarının il ərzində 700-800 milyon qazanc əldə etdiyini ortaya qoyur.

Təsadüfi deyil ki, Cavanşir Feyziyev elə həmin müsahibədə qeyd etmişdi ki, əgər dövlət tənzimlənməsi həyata keçirilərsə, dərmanların qiymətini minimum 25 faiz ucuzlaşdırmaq mümkündür. Bu dərmanların alındığı qiymətdən dəfələrlə baha satıldığını göstərməklə yanaşı, inhisarçıların gəlirlərinin nə qədər böyük olduğunun etirafı sayıla bilər. Hansı ki, bu gəlir xəstə insanların və onların ailələrinin cibinin soyulması hesabına əldə edilir!
Qəribə orasıdır ki, bu inhisarçılar illər uzunudi 100 milyonlarla dollar vəsait qazanmalarına baxmayaraq, dövlətin çətin vəziyyətində də öz maraqlarından keçmirlər. Onlara illərlə 100 milyonlar qazanmağa şərait yaratmış hökuməti deyil, şəxsi mraqlarını, ciblərini güdürlər. Bunu isə Fəzail Ağamalı haqlı olaraq dövlətə xəyanət hesab edir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın