Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edildi

Dərbənddə Nizami Gəncəvinin heykəli bərpa edildi

Dağıstan Respublikasının Dərbənd Şəhər Administrasiyası Nizami Gəncəvinin heykəlini və ətrafdakı parkı bərpa edib.

Bu barədə “Report”a Dərbənd azərbaycanlılarının yerli Milli-Mədəni Muxtariyyatının rəhbəri Telman Hacəliyev deyib.

T.Hacəliyevin sözlərinə görə, onların şəhər meriyasına müraciətləri diqqətsiz qalmayıb.

“Heykəl bərpa edilib, yeni şam ağacları əkilib, parkın ərazisi təmizlənib. Ən əsası isə burada müşahidə kameralarının quraşdırılmasıdır ki, bu da hər hansı dələduzun hərəkətlərini ifşa etməyə kömək edəcək”, – o deyib.

Xatırladaq ki, bu ilin noyabrın 15-nə keçən gecə naməlum şəxslər Dərbənddə Nizami Gəncəvinin heykəlinə və onun yerləşdiyi parka ziyan vurublar. Hadisəni törədənlər hələ ki, müəyyənləşməyib.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …