Ana səhifə / Dəmiryolu Vağzalında bilet böhranı

Dəmiryolu Vağzalında bilet böhranı

dvBakı Dəmiryol Vağzalında gərginlik yaşanır.
Arqument.az-ın müxbiri xəbər verir ki, hazırda Bakı Dəmiryol Vağzalında bayramla əlaqədar gərginlik yaşanır. Belə ki, biletsiz sərnişinlər rüşvət müqabilində qatarlara buraxılır. Bakı-Astara istiqamətində hərəkət edən qatarlarda isə vəziyyət daha dözülməzdir. Biletin qiyməti 5 manat olduğu halda, qatar bələdçiləri biletsiz sərnişinlərdən 10 manat tələb edir. Bundan başqa, biletsiz sərnişinləri vaqonlara yerləşdirən bələdçilər onunların yolçuluğuna da əngəl yaradır.
Əməkdaşımız xəbər verir ki, sərnişinlər bir yerdə 3 nəfər olmaqla yol getməyə məcbur edilir. Ən dəhşətlisi isə odur ki, sərnişinlərin bir çoxu 10 saatlıq yolu ayaq üstə getmək məcburiyyətində qalıblar.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın