Turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb.
Moderator.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan Konqresə Bürosu Açıq Qapılar tədbirində çıxışında deyib.
Nazir bildirib ki, dəllallar guya xidmət göstərirlər: “Yalandan qiymətlər verir, nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir. Nəticədə, biz itiririk. birləşib, normal bir proqramın üzərində öz potansialımızı ortalığa qoya bilmir və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər”.
Nazir qeyd edib ki, hazırda “Turizm haqqında” yeni qanunun hazırlanması üzərində iş aparılır: “Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Güzəştə gedilməyəcək. Əgər kimsə beşulduzlu otel əvəzinə ikiulduzlu otelin xidmətlərini göstərirsə, deməli, ölçülər götürüləcək. Əgər turist şirkətləri dəllallıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirlkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə göszləyirəm”.