Cümə , Aprel 19 2024
Ana səhifə / Dələduz şirkətdən 15 ailəyə zərbə

Dələduz şirkətdən 15 ailəyə zərbə

“Azərtikinti ATF” MMC 15 payçını evsiz qoyub.

Axar.az-a verilən məlumata görə, şirkətin sahibi Azər Quliyev ev dələduzluğuna görə həbs olunduqdan sonra vətəndaşlar mənzillərini ala bilməyib.

Onların mənzillərinə iş adamı İsfəndiyar Axundov şərik çıxıb. 2008-ci ildən evlərini ala bilməyən payçıların sözlərinə görə, İ.Axundov mənzilləri onlara yenidən satmağı təklif edir. Bu isə sakinlərə ikiqat qiymətə başa gəlir.

Qeyd edək ki, şirkətin Bakının Xətai rayonu, Telnov küçəsi 23-47/48 ünvanında binaları inşa olunub.

 

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın