Ana səhifə / Aktual / ÇUXURYURD KƏND SAKİNİ SABİRABADIN İCRA BAŞÇISI TƏRƏFİNDƏN ALDADILDIĞINI DEYİR – VİDEO

ÇUXURYURD KƏND SAKİNİ SABİRABADIN İCRA BAŞÇISI TƏRƏFİNDƏN ALDADILDIĞINI DEYİR – VİDEO

“Mənə ayrılan, hətta hərraca çıxarılan torpaq sonra  hazırda həbsdə olan Vidadi Zeynalova satıldı”

Şamaxı rayonu Çuxuryurd kənd sakini Abdullayev Fərhad  İslam oğlu Azinforum.az-a verdiyi videomüsahibədə bildirib ki, hazırda Sabirabad rayonunun icra başçısı  işləyən Nazim İsmayılov vaxtilə Şamaxıya rəhbərlik edəndə onu aldadaraq pay torpağını əlindən alıb əvəzində isə heç nə verməyib.  Şikayətçinin sözlərinə görə, dövlət ehtiyacı  yarandığı səbəbindən o, pay torpağından  könüllü olaraq imtina edib. Sabiq icra başçısı və onun tabeçiliyində olan adamlar kənd sakininə imtina etdiyi ərazinin əvəzinə başqa topaq sahəsi veriləcəyini vəd etsələr də, bunu etməyiblər.

 

fer1

Şikayətçi  daha bir maraqlı məqama toxunaraq bildirib ki, sonra ona rayon mərkəzinə yaxın yerdə torpaq sahəsi göstəriblər və o, həmin yerlə razılaşıb. Hətta bununla bağlı hərracın keçirildiyini də iddia edir.  Abdullayev Fərhad bildirir ki, sonradan  ona verilməsi nəzərdə tutulan, hətta hərraca çıxarılan yerin hazırda həbsdə olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi  Zeynalova  satıldığını öyrənib.  Onun sözlərinə görə, hazırda həmin ərazidə yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Bir sözlə, şikayətçi Azinforum.az vasitəsilə ölkə başçısına müraciət edərək, rastlaşdığı haqsızlığa əncam çəkilməsini istəyir.

Azinforum.az Abdullayev Fərhadın videomüraciətini təqdim edir.

Şikayətçi tərəfindən adalrı çəkilən hər şəxsin mövqe bildirmək hüququnu  tanıyırıq.

Mövzuya qayıdacayıq…

 

fer3

fer5

fer5

fer6

fer7

fer8

 

Rövşən ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın