Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Aktual /  Cümşüd Nuriyevin  Azər­bay­ca­nın MDB-yə qə­bul üçün qoy­du­ğu “şərt”  iddiasına – mü­ba­hi­sə­li reaksiyalar

 Cümşüd Nuriyevin  Azər­bay­ca­nın MDB-yə qə­bul üçün qoy­du­ğu “şərt”  iddiasına – mü­ba­hi­sə­li reaksiyalar

Fə­rəc Qu­li­yev: “Hə­qi­qə­tən be­lə bir qə­rar qə­bul edi­lib­sə, biz bun­dan mak­si­mum də­rə­cə­də ya­rar­lan­ma­ğa ça­lış­ma­lı­yıq”
Ta­hir Kə­rim­li: “Ru­si­ya ilə bağ­lı de­di­yi­niz məz­mun­da bir qə­ra­rın qə­bul edil­mə­si­ni xa­tır­la­ya bil­mi­rəm”

Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin ləğ­vi­nin gün­də­mə gə­ti­ril­mə­si Krem­lin Azər­bay­ca­na təz­yi­qi ki­mi qiy­mət­lən­di­ri­lir. Qu­ru­mun qey­diy­ya­tı­nın ləğ­vi is­ti­qa­mə­tin­də atı­lan ad­dım­la­ra Mil­li Məc­li­sin üzv­lə­ri, müs­tə­qil po­li­to­loq­lar sərt ca­vab ve­rib
Mə­sə­lə ilə bağ­lı da­nı­şan po­li­to­loq Cüm­şüd Nu­ri­yev de­yib ki, məh­kə­mə­dən ÜAK-ın bağ­lan­ma­sı qə­ra­rı­nın çıx­ma eh­ti­ma­lı yük­sək­dir: “Mə­sə­lə­nin xa­ri­ci iş­lər na­zi­ri Ser­gey Lav­ro­vun çı­xı­şın­dan son­ra gün­də­mə gəl­mə­si heç də tə­sa­dü­fi de­yil. Lav­rov açıq­la­ma­sın­da bil­dir­miş­di ki, Azər­bay­can Av­ra­si­ya İt­ti­fa­qı­na gir­mə­li­dir. An­caq rəs­mi Ba­kı də­fə­lər­lə bə­yan edib ki, heç vaxt iş­ğal­çı döv­lə­tin yer al­dı­ğı qu­rum­da təm­sil olun­ma­ya­caq. He­sab edi­rəm ki, Ru­si­ya tə­rə­fin­dən atı­lan ad­dım öl­kə­mi­zə qar­şı növ­bə­ti təz­yiq me­to­du­dur. Xa­tır­la­dım ki, 1992-ci il­də MDB-yə gir­mək mə­sə­lə­si gün­də­mə gə­lən­də də Azər­bay­can cid­di təz­yiq­lər­lə üz­ləş­di və öl­kə­də çev­ri­liş baş ver­di. Ulu ön­dər Hey­dər Əli­yev ha­ki­miy­yə­tə gə­lən­də Ru­si­ya mə­sə­lə­ni ye­ni­dən gün­də­mə gə­tir­di. O za­man MDB-yə mü­əy­yən şərt­lər­lə da­xil olun­du və Mil­li Məc­lis­də əla­və qə­rar qə­bul edil­di. Əla­və­də vur­ğu­lan­dı ki, əgər Azər­bay­ca­nın iş­ğa­la mə­ruz qal­mış tor­paq­la­rı ilə bağ­lı irə­li sür­dü­yü şərt­lə­rə 5 il müd­də­tin­də əməl olun­maz­sa, rəs­mi Ba­kı bir da­ha Ru­si­ya­nın tə­sir dai­rə­sin­də olan heç bir qu­ru­ma üzv ol­ma­ya­caq. O gün­dən eti­ba­rən Azər­bay­can nə KTMT-yə, nə Av­ra­si­ya İt­ti­fa­qı­na, nə də Göm­rük Bir­li­yi­nə üzv ol­du. İn­di Mosk­va əl­də­qa­yır­ma bir­lik­lə­ri­ni ye­ni­dən gün­də­mə gə­ti­rə­rək bu yol­la Azər­bay­ca­na si­ya­si təz­yiq et­mə­yi dü­şü­nür. Mən bu cür hə­rə­kə­ti Ru­si­ya­ya ya­raş­dır­ma­dım. Be­lə va­ri­an­ta əl at­maq Krem­lin zə­if­li­yi­dir”.
Eks­per­tin söz­lə­ri­nə gö­rə, son dö­nəm­lər ÜAK-ın nü­fu­zu çox sü­rət­lə art­ma­ğa baş­la­yıb: “Ru­si­ya­da ya­şa­yan soy­daş­la­rı­mız rus pas­por­tu da­şı­sa da, on­la­rın için­də Azər­bay­can sev­gi­si yük­sək­dir. Fik­rim­cə, prob­le­min ar­xa­sın­da er­mə­ni lob­bi­si və Lav­rov du­rur. Düş­mən və ona yar­dım edən­lər Azər­bay­ca­nın, azər­bay­can­lı­la­rın mən­fi imi­ci­ni for­ma­laş­dır­ma­ğa ça­lı­şır­lar. Öl­kə me­dia­sı bu mə­sə­lə­ni gün­dəm­dən çı­xar­ma­ma­lı, te­le­vi­zi­ya­lar möv­zu­nun üzə­ri­nə get­mə­li­dir. Xü­su­sən Ru­si­ya ilə mü­na­si­bət­lər ye­ni­dən mü­za­ki­rə olun­ma­lı, möv­qe­yi­miz or­ta­ya qo­yul­ma­lı­dır”.
C.Nu­ri­ye­vin açıq­la­ma­sın­da ol­duq­ca ma­raq­lı de­ta­la rast gə­li­nir. O bil­di­rir ki, vax­ti­lə Mil­li Məc­lis be­lə bir qə­rar qə­bul edib ki, Azər­bay­ca­nın iş­ğa­la mə­ruz qal­mış tor­paq­la­rı ilə bağ­lı irə­li sür­dü­yü şərt­lə­rə 5 il müd­də­tin­də əməl olun­maz­sa, rəs­mi Ba­kı bir da­ha Ru­si­ya­nın tə­sir dai­rə­sin­də olan heç bir qu­ru­ma üzv ol­ma­ya­caq. Bu id­dia­nı nə də­rə­cə­də əsas­lı say­maq olar?

 


Mil­lət və­ki­li Fə­rəc Qu­li­yev “Bakı-Xəbər”ə  açıq­la­ma­sın­da bil­dir­di ki, hə­min dövr­lər o, ak­tiv si­ya­sət­də ol­ma­yıb:

“Də­qiq nə­sə söy­lə­yə bil­mə­rəm, an­caq ol­duq­ca ma­raq­lı mə­sə­lə­dir. Hə­qi­qə­tən be­lə bir qə­rar qə­bul edi­lib­sə, biz bun­dan mak­si­mum də­rə­cə­də ya­rar­lan­ma­ğa ça­lış­ma­lı­yıq”.

 


Hə­min dövr­lər Ali So­ve­tin de­pu­ta­tı olan, hazırkı millət vəkili  Ta­hir Kə­rim­li də qəzetimizə  açıq­la­ma­sın­da bil­dir­di ki, be­lə bir qə­ra­rın qə­bul edil­mə­si­ni xa­tır­la­mır:

“Bi­lir­si­niz, hə­min vaxt 50 nə­fər­dən iba­rət Mil­li Şu­ra da var­dı. Həl­le­di­ci qə­rar­lar hə­min yer­də mü­za­ki­rə edi­lir­di. Mən hə­min qu­ru­mun da ic­las­la­rın­da iş­ti­rak edir­dim. An­caq Ru­si­ya ilə bağ­lı de­di­yi­niz məz­mun­da bir qə­ra­rın qə­bul edil­mə­si­ni xa­tır­la­ya bil­mi­rəm. Bir o ya­dım­da­dır ki, MDB-yə gir­mək­lə bağ­lı giz­li mü­za­ki­rə­lə­rin apa­rıl­dı­ğı­nı eşit­dim və is­te­fa ver­dim. Mən bu­nun əley­hi­nə ol­mu­şam. Yə­qin ki, Cüm­şüd bəy nə­yə­sə əsas­la­nıb bun­la­rı de­yir, am­ma mən xa­tır­la­mı­ram”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Rüşvət almaqda ittiham edilən komandirin işi – əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi

Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənov hakim qarşısına çıxarılıb. O, rüşvət almaqda ittiham edilir.Musavat.com xəbər …

Bir cavab yazın