Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Cümhuriyyət medalını İlham Əliyevə vermək lazımdır” -Şirməmməd Hüseynov

“Cümhuriyyət medalını İlham Əliyevə vermək lazımdır” -Şirməmməd Hüseynov

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunur. Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləcək və beləliklə də “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis ediləcək.

Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar.

Maraqlıdır, bəs Cümhuriyyət medalına kimlər layiq görülə bilər?

Cümhuriyyətin, M.Ə.Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olmuş görkəmli alim Şirməmməd Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əvvəla, medalla bağlı xəbərim yoxdur. Mən  şəxsən özüm ömür boyu medal üçün yaşamamışam. İş görmək lazımdır, medal almaq yox. İndi sağ olsunlar, Cümhuriyyətlə bağlı medal yaradırlar”.

“Cümhuriyyət medalına kimlərin layiq görülməsini istərdiniz” sualımıza isə alim bu cür cavab verib:

“Bu Cümhuriyyətə, dövlətə, millətə kim cani dildən işləyirsə, oğru, yalançı, fırıldaqçı deyilsə, bu dövləti qorumaq, möhkəmləndirmək, dünyada tanıtmağa çalışırsa onlara vermək lazımdır. Ən birinci isə bu medalı prezident İlham Əliyevə vermək lazımdır”.

Nəsiman Yaqublu ile ilgili görsel sonucu

Rəsulzadə irsinin araşdırmaçısı, tarixçi Nəsiman Yaqublu isə məsələyə bu cür mövqe bildirib: “Gördüyüm işləri medal üçün etməmişəm. Təbii ki, kimə məsləhət bilərlərsə, ona da verəcəklər. Cümhuriyyət dövrünü kifayət qədər araşdıran ziyalılarımız var. Onlar bu yöndə kifayət qədər əziyyət çəkib, kitablar nəşr edib, ortalığa faktlar qoyublar. Bu cür insanların sayı az deyil. Həmin insanlara medal  verilməsi mənəvi və hüquqi baxımdan düzgün olardı.

Təbii ki, orden və ya medallar keçici bir məqamdır. Həmin medalı kiməsə versələr, o şəxs qəhrəman olmayacaq ki… Əsl qəhrəmanlıq odur ki, millət, vətən üçün çalışsın və ortalığa əsərlər qoysun, tarixi şəxslərin adını yaşatsın, Cümhuriyyətin zəngin irsini bugünkü nəslə çatdırsın və sairə.

Mən Cümhuriyyət haqqında ilk məqaləmi yazanda 1988-ci il idi. Həmin vaxtlar hələ sovet hökuməti var idi. Türkiyəyə, Almaniyaya gedib bu yöndə işlər aparırdım. O vaxt Möhsün Əliyev var idi, bu işləri ilk görən insan odur. O qədər iş gördü, axırda isə ömrü həbsxanalarda keçdi. Mən isə Rəsulzadə haqqında kitab yazanda, Ali Sovetin iclasında bir nəfər polkovnik ciddi şəkildə məsələ qaldırdı ki, “Nəsiman Yaqublu adlı gənc  Rəsulzadəni təbliğ edir, bunun qarşısını almaq lazımdır”.

Hazırda Cümhuriyyətin yüz illiyi yaxınlaşır. Ondansa əməli iş görülsün. Məsələn, niyə Azərbaycanda Cümhuriyyətlə bağlı beynəlxalq konfrans keçirilməsin? Sizcə, hansı yaxşıdır: sadəcə, kiməsə medal verilməsi, ya beynəlxalq konfrans keçirib, dünyanın aparıcı tədqiqatçılarını cəlb etmək? Mən ikinciyə üstünlük  verirəm”.(musavat.com)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …