Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Cüdoçular Füzuli Ələkbərovdan İlham Əliyevə şikayət etdi

Cüdoçular Füzuli Ələkbərovdan İlham Əliyevə şikayət etdi

Cüdo üzrə gənclər millimizin üzvləri onlara yaradılan şərait və göstərilən diqqətdən narazıdırlar.

Cüdoçular etiraz əlaməti olaraq, avqustun 17-də etiraz aksiyası da keçirmişdilər. Buna səbəb cüdoçulara əziyyətlərinin qarşılığında lazımı diqqətin ayrılmaması idi. Bundan əlavə, cüdoçular beynəlxalq yarışlarda iştirak etmək üçün heç bir dəstək görmədiklərini də bildirirdilər.

Aksiya keçirən cüdoçular musavat.com-a bildirmişdilər ki, Azərbaycan Cüdo Federasiyadan idmançılara Dünya və Avropa birinciliklərinə aparılmayacaqları söylənilib. Onlara “Pul yoxdur, gedin nə istəyirsinizsə, onu da edin” deyə cavab verilib. Buna etiraz edən cüdoçular lazımi tədbirlər görülməyəcəyi təqdirdə, ölkə başçısına müraciət edəcəklərini açıqlamışdılar.

Sayt xəbər verir ki, cüdoçular etirazlarına cavab verilmədiyindən prezident İlham Əliyevə müraciət ediblər.

Ölkə başçısına ünvanlanan müraciətdə cüdoçular qarşılaşdıqları problemləri qeyd ediblər. Onlar cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar. Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.

Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.

Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi.

Onu da qeyd edək ki, federasiyanın prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın