Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Çox fırıldaqlarını görmüşdük, amma bu, yenisidir” – Baş redaktordan Azercell-ə ittiham

“Çox fırıldaqlarını görmüşdük, amma bu, yenisidir” – Baş redaktordan Azercell-ə ittiham

“”Azərcell»in yeni fırıldağını tapmışıq. Deməli, bunların MiFi aparatı var. İnterneti kəsilib, yeni pul yükləmişik. İki günə bitib. Operatora zəng edib soruşuruq ki, internet nə səbəbə yoxdur. Deyir, 90 gün ərzində ödəniş etməyəndə paketin yenilənməsi dayandırılır”.
Azinforum.az
 bildiir ki, bu sözləri FED.az saytının baş redaktoru Əli Əhmədov sosial şəbəkədəki səhifəsində yazıb.
O qeyd edib ki, nəticədə ödədiyi pul – hansı ki, aylıq 30 QB-a kifayət edirdi- paket kimi deyil, adi internet traffik kimi sərf olunub və cəmi iki günə bitib:
“Fərqi izah edim – əgər bu pulla paket alınsaydı 30 QB almaş olacaqdıq, belə isə hər MB-a 40 qəpikdən hesablayıb tutublar.  Paket internet alınanda isə 20 manata 30 QB işlənir. 1 MQ başa gəlir 0,07 qəpiyə. Belədə isə bizdən hər qəpiyə 40 qəpikdən hesablayıblar. Təqribən 570 dəfə baha!
Deyirik bu barədə niyə məlumat verməmisiniz, deyir belə sms-i MiFi-dəki nömrəyə göndərmişik. O sms-i də oxumaq üçün ya xüsusi proqram yükləməlisiniz, ya da nömrəni (MiFi-dəki nömrəni) telefona daxil edib baxmalısınız. Deməli biz hər dəfə bu aparatın içərisindən simkartı çıxarıb telefona daxil etməliyik ki, bilək Azercell bizə sms göndərib, ya yox.
Deyirik, nömrəni alan şəxs, sizə kontaktlarını saxlayıb, bu sms-i ona niyə göndərməmisiniz? Deyir, belə sms-ləri MiFi-dək nömrəyə göndəririk. Bəs növrəni satan şəxsin kontaktları nə səbəbə götürülür, deyir basqa problemlər olanda, o nömrə ilə əlaqə saxlayırıq. Mobil operatorların çox fırıldaqlarını görmüşdük, amma bu yenisidir deyəsən”.

Əli Əhmədov yazıb ki, operatorun danışığı da xoş olmayıb: “Elə yekəxanalıqla danışır ki, elə bil zənglərə cavab verməyə görə maaşı o, yox, biz alırıq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …