Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / COVID-19 xəstələrinin müalicəsi necə gedir? – VİDEO

COVID-19 xəstələrinin müalicəsi necə gedir? – VİDEO

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında koronavirusa qarşı Azərbaycan dövlətinin atdığı addımlar, mövcud vəziyyət, əldə olunan nəticələr, xəstəliyin müalicəsi məsələləri müzakirə olunub.

Verilişin qonağı olan Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) rəisi Nelli Veysova COVID-19-la bağlı bütün məsələlərə aydınlıq gətirib.

Koronavirus xəstələrinin evdə müalicəsi məsələsindən danışan N.Veysova deyib ki, evdə yüngül simptomlu və ya simptomsuz xəstələr müalicə edilir. O, qeyd edib ki, evdə müalicədə müsbət nəticələr əldə olunmaqdadır.

İdarə rəisi söyləyib ki, evdə müalicə tətbiq ediləndən bu yana təcili tibbi yardıma müraciətlərin sayı azalıb. Bununla yanaşı, N.Veysova deyib ki, ağır simptomlu xəstələrin xəstəxanalara müraciət etməsi mütləqdir: “Xəstələr elə bilməsinlər ki, stasionar tibb müəssisəsində edilməli olan müalicəni evdə etmək olar”.

BŞBSİ-nin rəisi koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanalar barədə də ətraflı məlumat verib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …