Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / ÇOVDAROV MEDİANI NECƏ “OYNADIR”?

ÇOVDAROV MEDİANI NECƏ “OYNADIR”?

Akif Çovdarovun oğlu Ruslanın verdiyi ifadə ilə tanış oldum. Atası həbs edilənə qədər Milli Məclisdə çalışan bu cavan oğlan etiraf edir ki, bir neçə biznes subyektində payçı olub. Manevr etməyə yeri olmadığı üçün bunu boynuna alıb. Çünki ortada təkzibolunmaz dəlil və sübutlar var. Ancaq atası əvvəlki postunda olsaydı, bundan heç vaxt xəbər tutmayacaqdıq. Oğul Çovdarov deyir ki, onu paya şərik edənlər əslən gürcüstanlı olub və atasını yaxşı tanıyıblar. Azərbaycan reallıqları çərçivəsində bu prosesin necə getdiyi barədə təsəvvürümüz az deyil.

Ata Çovdarov biznesi olan adamlara “krışalıq” etməyin müqabilində oğlu vasitəsilə onların boğazına şərik olub. Maraqlı olan başqa bir detaldır. Ruslan Çovdarov bizneslə məşğul olubsa, onda Milli Məclisdə, yəni dövlət qulluğunda necə təmsil olunub? Məndə olan məlumata görə, qanunvericilik bunu qadağan edir. Yaxşı olar ki, onun Azərbaycanın qanunverici orqanına necə işə düzəldiyi və bu istiqamətdə onun barəsindəki müvafiq yoxlamanın necə aparıldığı da araşdırılsın.

Keçmişdə yarı biznesmen, yarı məmur olan bu adam hazırda mediaya ayaq açıb, atasını mələk donunda qələmə verməyə çalışır. Onun tərəfdən belə addımların atılmasına normal yanaşılmalıdır, çünki oğul da atasını müdafiə etmədisə, nə oldu? Ancaq bu məsələdə başqa bir maraqlı nüans var. Bu da bəzi media quruluşlarının bilərəkldən, bəzilərinin isə “təkərə düşərək” – mahiyyəti dərk etmədən Çovdarova lazım olan kampaniyada iştirak etmələridir.

Kampaniyanın mahiyyəti nədən ibarətdir? Akif Çovdarovun səhətinin çox ağır bir durumda olması barədə ictimai rəy yaratmaq, onun bu gün və ya sabah öləcəyinə kimlərisə inandırmaq və bunundan nəticəsində Akif Çovdarov barəsində olan həbsi ev dustaqlığı ilə əvəz etmək. Təbiidir ki, buna nail olunandan sonra, Çovdarov çox yüngül şərti cəza ilə canını qurtara bilər ki, bu da ona tam sərf edir.

 

 

ruslan

FOTO: Akif Çovdarovun oğlu Ruslan Çovdarov

İndi siz necə hesab edirsiniz bu qəbildən olan xəbərləri tirajlayan ciddi media quruluşları Akif Çovdarovun öləcəyinə, səhətinin həddən artıq pis olduğuna səmimiyyətlə inanırlar? Təbii ki, belə məzmunlu işlərdə kifyət qədər təcrübələri olan jurnalistləri “Lotu Quli”yə telefon daşıyanda yaxalanan və barəsində cinayət işi qaldırılan Kamandar Nəsibov kimi vəkillər aldada bilməz. Qeyd edim ki, harada pullu gürcüstanlı varsa, onlara vəkillik edən Kamandar Nəsibov hazırda Çovdarovun vəkilidir və tez-tez həbsdəki generalın adından “generalı öldürmək istəyillər” tipli  şantaj məzmunlu bəyanatlar belə  səsləndirir. Bir faktı da xatırladım ki, nədənsə,  həbsə düşən bütün vəzifəli və pullu adamlar birmənalı olaraq səhətlərində problemin olduğu barədə rəy yaratmağa çalışırlar. Azadlığa çıxan kimi isə onların şüvənliyindən əsər-əlamət qalmır.

AXCP ilə aralarında qovğanın şiddətli dönəmində Rauf Arifoğunun yazdığı bir məqalə yadıma düşdü. Həmin yazıda baş redaktor etiraf edir ki, Fərhad Əliyev həbs edilən zaman Cəmil Həsənli redaksiyaları gəzib paçkalarla pul paylayırdı. Özü də söhbət yaxşı məbləğdən gedirmiş. R.Arifoğlu puldan onlara da verildiyini gizlətmir. Həmin dövrdəki yazıları araşdırsanız görərsiniz ki, media Fərhad Əliyevin də səhətində problemlərin olduğu ilə bağlı mövzunu daima diqqətdə saxlayırdı. Fərhad Əliyev həbsdən çıxandan sonra, onun səhətində problemin olduğunu heç eşidibsinizmi? Təbii ki, yox! Çünki hazırda həmin məlumatların yayılması onların nəyinə lazımdır? Əminəm ki, indi həmin təqdimatı heç özlərinə sığışdırmazlar. Bunu 10 il əvvəl kimsə edibsə, həmin taktikadan daha bic, zirəng və pullu heç də birincilərdən az olmayan Çovdarov niyə yararlanmasın?

 

ka

  FOTO: Akif Çovdarovun vəkili Kamandar Nəsibov

 

Siz heç Çovdarovun vəzifə başında olan dövrdə onun səhətində problemin olduğunu eşidibsinizmi? Əminəm ki, vəzifə başında olduğu dönəmdə Çovdarov belə söz danışanın dilini qoparardı. İndi isə Çovdarova xəstə olmaq lazımdır! Ömrü verən Allahdır, ancaq tam əminliklə deyirəm ki, Çovdarovu bu gün azadlığa buraxsalar, o, əvvəlkindən də gümrah olacaq. Deməli, onun səhəti ilə bağlı “bu gün və ya sabah ölər” kimi məlumatların yayılması bir təsadüf deyil və vəkil Kamandar bu istiqamətdə boş yerə jurnalistlərin nazı ilə oynamır. Belə bir sual yaranır: Az qala tibdə olan bütün xəstəlikləri iki əlli qapazdayan Çovdarov, kabinetində adam döyəndə niyə elə gümrah idi? Deməli, gəldik son nöqtəyə. Çovdarov medianı özünə lazım olan istiqamətdə oynada bilir, amma baxır kimi necə? Gəlin bir qədər ayıq olaq!

Məhəmmədəli QƏRİBLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …

Bir cavab yazın