Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Cocuq Mərcanlıda “Çərpələng şənliyi” keçirilib – Fotolar

Cocuq Mərcanlıda “Çərpələng şənliyi” keçirilib – Fotolar

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbiri və “Çərpələng şənliyi” keçirilib.

Azinforum.az  Azərtac-a istinadən xəbər verir ki, tədbir Türk Hava Yollarının (THY), eləcə də Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB-ə üzv olan sahibkarlar və şirkətlərin nümayəndələri ailələri ilə birlikdə iştirak ediblər. Qonaqlar “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Məktəbin idman meydançasında keçirilən “Çərpələng şənliyi” Cocuq Mərcanlı sakinlərində, xüsusən də uşaqlarda bayram əhval-ruhiyyəsi yaradıb. Səmaya çərpələnglər uçurdulub, müxtəlif oyunlar, yarışlar, əyləncəli proqramlar təşkil edilib, uşaqlara hədiyyələr verilib.




Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …