Ana səhifə / Aktual / “Coca-Cola Azərbaycan” – CƏRİMƏLƏNİR

“Coca-Cola Azərbaycan” – CƏRİMƏLƏNİR

“Azərbaycan Koka-Kola Bottlers Limited” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.

AZINFORUM.AZ Banker.az-a istinadən xəbər verir ki, “Azərbaycan Koka-Kola Bottlers Ltd.” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …