Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / «CLEAR»ın SAHİBLƏRİLƏ BAĞLI ŞOK İDDİALAR – Çovdarov gizli çəkiliş aparıb, deputatla şərikdirlər

«CLEAR»ın SAHİBLƏRİLƏ BAĞLI ŞOK İDDİALAR – Çovdarov gizli çəkiliş aparıb, deputatla şərikdirlər

Fikrət və Fəxrəddin qardaşlarının Ermənistanda istirahət mərkəzlərinin olması, uzun illər civə alveri etmələri, habelə Akif Çovdarovun maraqlarını qorumalarına dair ilginc iddialar var

Civə məsələsindəki patronlarının deputat Ağalar Vəliyev olduğu bildirilir

Azərbaycanda fəaliyyət göstərən əksər otellərlə bağlı problemli məsələlərin olduğu inkar edilmir. Motellər, onlardan bir qədər fərqli otellərdə qadın alverinin aparıldığı, hatta azyaşlı qızların cinsi istismara cəlb edilməsi də «norma»ya çevrilib. Aydın məsələdir ki, bununla bağlı aparılan mübarizə yetərli səviyyədə olmadığından belə obyektlərin sayı da sürətlə artmağa başlayıb.
Belə otellərdən biri də «Clear»dır. Rəhbərləri Fikrət və Fəxrəddin adlı şəxslərdir. Əslən Yardımlı rayonundan olan bu qardaşlar kifayət qədər bacarıqlı olmaqla yanaşı, adlarını da qalmaqallara salmaqdan çəkinmirlər. Məsələn, bir müddət əvvəl qardaşın öz bacısını bu oteldə yaxalamasının böyük skandala səbəb olduğu hələ unudulmayıb.
Qeyd edək ki, bizim araşdırmamız «Clear»ın təkcə əxlaqsız yuvası kimi fəaliyyət göstərməsini ehtiva etmir. Həmçinin bu hotelin sahiblərinin maraqlı keçmişləri ilə bağlıdır. Fikrət və Fəxrəddin qardaşlarıhələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək, İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar.

Ancaq Fikrət və Fəxrəddin qardaşları müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Lakin bunun kimlər və ya kim tərəfindən edildiyi hələ də məlum deyil.
İşin ilginc tərəfi odur ki, qardaşlar qısa müddətdə hotel biznesinə girişirlər və Bakıda, Binəqədi rayonunda «Clear» adlı hotel inşa etdirirlər. Mədəniyyət və Turizm Nazirliyi də bu hotelin fəaliyyət göstərməsi üçün rəsmi icazə verir.
Qısa müddətdə «Clear» hotel profilindən çıxıb, «yuva»ya çevrilir və böyük gəlirlər gətirməyə başlayır. Ardından isə hotel imkanlarını genişləndirib, əyalətlərə də üz tutmağa başlayır. Və bununla şəbəkə böyüyür.

Bu ərəfədə hotelin admnistrasiyasının başına maraqlı bir şəxs gətirilir. Fuad adlı şəxsə verilən görəv daha geniş olur. Bütün işlər ona həvalə edilir. Həmin Fuad bu gün də işinin başındadır. Onun ABU-nun müəllimi olduğu, keçmiş rektor Elşad Abdullayevlə yaxşı münasibətlərə malik olması ilə yanaşı, həm də maliyyə işlərinə nəzarət edən biri kimi təqdim edildiyi də məlumatlar sırasında var. Belə bir fiqurun «Clear»a admnistrator gətirilməsinin konkret hansı səbəblərinin olduğu isə kimsəyə məlum deyil. Böyük ehtimalla Fuadın geniş əlaqələri var və eyni zamanda, müştəri potensialı da böyükdür.

Düzdür, bununla bağlı başqa bir iddia da mövcuddur. Həmin iddiaya əsasən Fuad ABU-da təhsil alan imkanlı adamların uşaqlarını hotelə cəlb edərək, onların sayəsində böyük qazanclar gətirə bilib. Amma sonradan «Clear»da aparılan gizli çəkilişlərdən sonra həmin uşaqların da başı bəlaya girməyə başlayır.

eldar-akif

Lakin Fikrət və Fəxrəddinin hotel «biznesi»ndəki imkanları genişləndikcə, MTN-lə əvvəldən olan hüsumətlərini həll etmək imkansıza çevrilir. Namiq Abbasovun vaxtında bu qurumla ümumi anlaşma əldə edə bilən qardaşlar, bu dəfə Eldar Mahmudovun caynağına keçirlər. Daha doğrusu, bu dəfə meydana Akif Çovdarov çıxır.
Aydın məsələdir ki, Akif Çovdarova «Clear» kimi məkanlar lazım idi. Ona görə ki, imkanlı adamların öbvladları, hətta özlərinin də mütəmadi olaraq baş vurduqları bu hoteldə gizli çəkilişlər aparmaqla, böyük qazanclar əldə edəcəkdi. Çovdarov başllarına torba keçirilmiş qardaşları MTN-ə gətirir və orada razılama əldə olunur. Həmin müddətdən sonra bütün otaqlara gizi kameralar yerləşdirilir və aktiv çəkimlərə başlanılır.

Bu çəkilişlər sayəsində Çovdarovun əlinə xeyli «yemlər» düşür. Və «Clear»da başını bəlaya salanlar mütəmadi olaraq, MTN generalının «bığının altından» keçməli olurlar. Proses oktyabrın 17-nə qədər davam edir. Məlum olaylardan sonra Fikrət və Fəxrəddin canlarını qurtardıqlarını düşünsələr də, əslində, həngamənin bundan sonra başlayacağına kimsə şübhə etmir. Çünki istintaq orqanlarında bununla bağlı artıq məlumatlar var. Yəqin ki, həmin məlumatlar araşdırılacaq və bunun da qardaşlara nələr hesabına başa gələcəyi məlum deyil.
İndi isə yenidən civə məsələsinə qayıdaq. Sözügedən qardaşlar MTN-in caynağına keçdikdən sonra bir müddət prosesə ara versələr də, sonradan yenidən həmin fəaliyyətlərinə start veriblər. Hətta bəzi iddialar var ki, guya, sözügedən şəxslər bu işləri Ermənistana qədər genişləndirib, orada özlərinə biznes qurublar. Həmçinin o da iddia edilir ki, belə istirahət mərkəzlərindən biri Ermənistanın Yenokovan rayonunda fəaliyyət göstərir.

3236agalar

Amma ortada başqa bir iddia daha var. Bu dəfə də söhbət civə alverindən gedir. Sadəcə, Fikrət və Fəxrəddin qardaşlarının yeni «patron»ları olduğu qeyd edilir. Məlumatda vurğulanır ki, civə məsələsində qardaşların şəriki kimi adı çəkilən şəxs deputatdır. Ağalar Vəliyevin uzun illərdən bəri bu işlə məşğul olduğu deyilir. Onu da qeyd edək ki, bununla bağlı mətbuatda da çeşidli xəbərlər yayılmışdı. Deputatın köməkçisi Duman adlı şəxs mətbuata verdiyi açıqlamasında qeyd etmişdi ki, borclu olduğu şəxslərin pulunu ödəyə bilməmələrinin səbəbi əllərindəki bütün maliyyəni xaricdən civə alınmasına sərf etmələridir. Həmin vaxt məsələ qapadıldı və deputat maksimum dərəcədə məlumatın yayılmasını önlədi. Əks təqdirdə, bu etiraf kifayət qədər skandala səbəb ola bilərdi.

Son məlumatlara görə, Fikrət və Fəxrəddinin civə məsələsindəki patronları elə Ağalar Vəliyevdir. Onun «Clear»da hansı paya sahib olması barədə heç bir məlumat olmasa da, işin bir ucunun hotelə qədər uzanacağı güman edilə bilər. Düzdür, Vəliyev böyük bizneslə məşğuldur və onun «Abşeron Kristal» şirkəti tikinti sektorunda ciddi layihələrə imza atmaqdadır.
Hotelin mövcud durumuna gəldikdə isə burada vəziyyət əvvəlkindən qətiyyən fərqlənmir. Faktiki olaraq qadın və qızların cinsi istismara məruz qoyulması halları bu gün də var. Otaqların qiymətləri isə 60 manatdan başlayıb, komfortuna görə dəyişir. Təbii ki, Akif Çovdarovdan sonra hotelin otaqlarında gizli çəkilişlərin aparılıb, aparılmadığını demək bir qədər çətindir. Hər halda Fikrət və Fəxrəddin qardaşları qorxularından belə bir varianta getməzlər. Lakin insan övladıdır, hər şeyin mümkün ola biləcəyini də istisna etməmək mümkündür.

Sonda onu da vurğulayaq ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin dəfələrlə «Clear»da əməliyyat keçirmək istəkləri olub. Etibarlı mənbələrdən daxil olan məlumatlarda vurğulanır ki, idarənin rəhbərliyi hətta bununla bağlı geniş əməliyyat planları da hazırlayıb. Di gəl, hansısa müəmmalı şəxs və ya gizli əl qardaşları bu əməliyyatlardan xilas edə bilib. Bundan sonra əməliyyatların keçirilib, keçirilməyəcəyini demək də çətindir. Amma bəzi mənbələr artıq bunun mümkün ola biləcəyini vurğulayırlar. /jam.az
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın