Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Aktual / “Ciyər axşamları”ndan imtina etmək lazımdır – Rəsmi qəzetdə məqalə

“Ciyər axşamları”ndan imtina etmək lazımdır – Rəsmi qəzetdə məqalə

Rəsmi “Azərbaycan” qəzetində son zamanlar toydan bir gün qabaq keçirilən “ciyər axşamları” ilə bağlı Bərdə şəhər sakini Fəqan İbrahimov adından tənqidi məktub dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, “Belə də dəb olar?” başlıqlı mqalədə oxucu bildirir ki, zaman keçdikcə adət-ənənələrin bəziləri sıradan çıxır, yeniləri yaranır: “Bu, təbiidir. Son illər toydan bir gün əvvəl “ciyər axşamları” keçirmək yaman dəbə düşüb. Onun harada və nə vaxt yarandığını deyə bilmərəm. Amma deyirlər ki, ona az qala bir toyun yarısı qədər, bəlkə də daha çox xərc çəkilir. “Ciyər axşamları”nda yeyib-içənlər ertəsi gün toy məclislərində də iştirak edirlər. Bəzən belə axşamlarda cavanlar yeyib-içəndən sonra oturub səhərin gözü açılana kimi müxtəlif oyunlar oynayırlar.  Elə hallar da olur ki, özünü idarə edə bilməyən gənclər dava-dalaş salır, hadisə törədir, araya qanıqaralıq düşür. Ən çox maddi ziyan çəkən də toy sahibi olur, mənəvi əzab çəkən də!

Bəs, bu dəbi aradan qaldırmaq üçün nə etmək lazımdır? Sadəcə “qonşudan qalma dala ” prinsipindən əl çəkib “ciyər axşamları” keçirməkdən imtina etmək! Bu həm israfçılığın qarşısını alar, həm də xoşagəlməz hadisələrin. Fikrimizcə, bu işdə nüfuzlu adamlar, ziyalılar, ağsaqqallar qabağa düşsələr, məsələ daha tez həllini tapar”-deyə oxucu məktubunda qeyd edib.

Həmçinin oxuyun

Sabah hava necə olacaq? – Proqnoz

Azərbaycanda martın 27-ə gözlənilən hava şəraiti açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan …