Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşıdır

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşıdır

Bakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb.

Şagird və valideynlərin qarşısında çıxış edən orta məktəb direktoru 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük II Qarabağ müharibəsinə isə 24 günlük müharibə deyib.

27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə 24 günlük müharibə deyən Binəqədi rayonu E.Sultanov adına 217 N-li tam orta məktəbin direktoru Bənövşə Cəfərovadır.

Məlumata görə, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

1950-ci il təvəllüdlü Bənövşə Cəfərovanın 71 yaşı var.

Görünür, təhsil naziri Emin Əmirullayev icra başçısına hörmət əlaməti olaraq 71 yaşlı Bənövşə Cəfərovanı hələ də direktor postunda saxlayır.

Sosial şəbəkələrdə bu çıxışına görə məktəb direktoru tənqid edilib. Aztoday.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …