Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Aktual / “Citynet” müştəriləri boğaza yığıb – Şirkət məsuliyyətdən necə yayınır?

“Citynet” müştəriləri boğaza yığıb – Şirkət məsuliyyətdən necə yayınır?


CityNet” internet provayderindən edilən şikayətlərin ardı-arası kəsilmir.

Müştərilərin narazılığına əsas səbəb internetin verilişində yaranan çətinliklər, şirkətin şikayətləri qulaqardına vurması və bu kimi hallardır.

Maraqlıdır ki, internet xidməti göstərən şirkət tərəfindən şikayətçilərə heç bir texnoloji savada və yeniliyə sığmayan “çarə”lər təklif edilir.

Məsələn, əgər müştəri internetin sürətinin yavaş olması və ya heç olmaması ilə bağlı “CityNet”ə müraciət edirsə, şirkətin ilk sualı, “Modemi söndürüb-yandırmısınız?” – olur. Müştəri narazılığını “araşdırılacağına” söz verilsə də, bəhanalər də dəyişməz qalır: “Biz tərəfdən heç bir problem yoxdur”.

Yaxşı, əgər provayder tərəfdən heç bir problem yoxdursa, o zaman şirkətdən narazılıq edən müştərilərin problemi nədən qaynaqlanır?

“Google” axtarış sisteminə “CityNet” yazmaq kifayətdir ki, şirkət haqqında saysız-hesabsız şikayətlə qarşılaşırsan. Bir sıra özəl müəssisələrin də “dələduz” şirkətə güvənərək internet təminatlarını ona həvalə etməsi iş prosesinin ləngiməsinə, əsəblərin gərilməsinə səbəb olur.

Müştəri məmnuniyyəti məsələsini qeyd etməyə isə heç lüzum yoxdur. Şirkətin təqdim etdiyi internetlə yanaşı, əməkdaşların müştəri ilə davranma şəkilləri də kobud və “yolavermə” xarakteri daşıyır.

Ən maraqlısı isə budur ki, vətəndaşları normal internetlə təmin edə bilməyən şirkət aylıq ödəniş vaxtı gəldikdə dərhal kəsintiyə gedilir.

Ümid edirik ki, “CityNet” qeyd edilənlərdən dərs çıxaracaq və nəhayət müştəri məmnuniyyətinin önəmini dərk edəcək.

Həmçinin oxuyun

Helikopter qəzasına görə məsuliyyət kimindir və kimlər cəzalanmalıdır? – Ekspertlər

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya …