Cümə axşamı , Fevral 21 2019
Ana səhifə / Aktual / “Çırağan Palace”da dincələn eks-nazirimiz kimdir?

“Çırağan Palace”da dincələn eks-nazirimiz kimdir?

Türkiyədəki “American Hastanesi”ndə müalicəsini başa vuran eks-vergilər naziri  Fazil Məmmədovun qardaş ölkədəki hotellərdən birində istirahət etdiyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Türkiyədəki mənbənin Modern.az-a verdiyi məlumata görə, sabiq nazir hazırda “Çırağan Palace”da dincəlir. F.Məmmədovun isti günlərdə Azərbaycana gəlmək fikrinin olmadığı bildirilir.

“Çırağan” hoteli İstabulun Avropa hissəsində, Beşiktaş və Ortaköy arasında, Bosfor sahilində yerləşir.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir.

Həmçinin oxuyun

Krımın Rusiya tərəfindən işğalının 5 ili tamam olur…

2014-cü ilin fevral ayında Moskva Avropanın müharibədən sonrakı tarixində ilk dəfə digər suveren dövlətin ərazisinin …