Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Çingiz Qənizadənin oğluna yeni vəzifə verildi

Çingiz Qənizadənin oğluna yeni vəzifə verildi

Bakının Nərimanov rayon prokurorluğuna yeni təyinat olub. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, E.Qənizadə eks-deputat Çingiz Qənizadənin oğludur. O, daha əvvəl Binəqədi rayon prokurorunun müavini vəzifəsində işləyib. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …