Ana səhifə / Aktual / Çingiz Qənizadə sabiq deputatı həbs etdirmək istəyir – Qarşıdurma

Çingiz Qənizadə sabiq deputatı həbs etdirmək istəyir – Qarşıdurma

Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.
Azinforum.az saytının xəbərinə görə, bu barədə \”Qafqazinfo”ya açıqlama verən deputat bildirib ki, artıq vəkilləri ilə müqavilə bağlayıb, Qalib Salahzadəni məhkəməyə verərək həbsini tələb edəcək.

Onun sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb:

\”Hacı Qalib mənim nə vaxtsa ondan 30 min dollar rüşvət aldığımı deyib, eyni zamanda keçmişimlə bağlı şərəf və ləyaqətimə təhqir olan sözlər səsləndirib. Bu ittihamlara cavab verməlidir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın