Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Çingiz Qənizadə, Rauf Arifoğlu, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun qələbəsi ləğv edildi

Çingiz Qənizadə, Rauf Arifoğlu, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun qələbəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib:

– 91 saylı Ucar seçki dairəsi

– 81 saylı Beyləqan seçki dairəsi

– 72 saylı Yardımlı-Masallı seçki dairəsi

– 95 saylı Tərtər seçki dairəsi

– 42 saylı Sumqayıt ikinci seçki dairəsi

– 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

– 15 saylı Yasamal birinci seçki dairəsi

– 28 saylı Sabunçu üçüncü seçki dairəsi

– 79 saylı İmişli seçki dairəsi

– 60 saylı Salyan-Neftçala seçki dairəsi

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …