Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir

Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir

Xəbər verdiyimiz kimi, Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib. Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

“Qafqazinfo”nun xəbərinə görə, “Virtualaz.org”a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum – APA media holdinqi və Real TV müraciət edib.

Jurnalistlərə, həmçinin məlum olub ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

***

“APA Media Group”un rəhbəri Vüsalə Mahirqızı sosial şəbəkədə açıqlama yayaraq Milli Televiziya və Radio Şurasına radio tezliklə bağlı heç bir müraciət etmədiklərini bildirib. 

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …