Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Çingiz Hüseynzadə yenidən vitse-prezident seçildi – Toplantı

Çingiz Hüseynzadə yenidən vitse-prezident seçildi – Toplantı

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasında (İSSF)  yenidən eyni vəzifəyə seçilib.
“Report”un məlumatına görə, seçki İSSF-in Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərindəki Baş Assambleyası çərçivəsində baş tutub. Toplantının gündəliyində duran əsas məsələ təşkilatın son 4 illdəki fəaliyyəti ilə bağlı hesabat olub.
Hesabatda Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında yayılmasındakı müstəsna rol oynaması, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd olunub.
Baş Assambleya növbəti 4 il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirdikdən sonra İSSF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olub. Ç.Hüseynzadənin təşkilatın vitse-prezidentiliyə namizədliyi irəli sürülüb və o, üçüncü dəfə bu vəzifəyə seçilib.
Qeyd edək ki, Baş Assambleyada Azərbaycanı Çingiz Hüseynzadə ilə yanaşı, İSSF İK üzvü və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının departament direktoru Könül Nurullayeva, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edirlər.

 

Həmçinin oxuyun

Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı

Ermənistan haqq elədiyini axır ki, almaqdadır. Özü də artıqlaması ilə. Təcavüzkar ölkənin terrorçu və faşist …