Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Çingiz Abdullayevin prezidentliyi təsdiqləndi – FOTOLAR

Çingiz Abdullayevin prezidentliyi təsdiqləndi – FOTOLAR

Bu gün “Neftçi” klubu yeni rəhbərini seçib.

“Qafqazinfo”  xəbər verir ki, AFFA-nın İnzibati Binasından keçirilən iclasda əvvəlcə Sadıq Sadıqov “ağ-qaralar”da işlədiyi müddətdəki fəaliyyəti haqqında hesabat verib. Daha sonra isə seçki ilə “Neftçi”yə yeni rəhbər seçilib və həmçinin Müşahidə Şurasının üzvləri təsdiqlənib. Bundan sonra paytaxt təmsilçisinə tanınmış yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Bu barədə məlumatı jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev verib.
Ümumilikdə, sədrlə birgə şuranın 7 üzvü var. Bunlar futbol veteranları – Mübariz Zeynalov, Səməd Qurbanov, SOCAR-ın 2 nümayəndəsi, aktyor, şoumen Bəhram Bağırzadə və Sadıq Sadıqovdur.
Fotolar Trend-ə məxsusdur:

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın