Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / Çindən “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırıldı

Çindən “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırıldı

Çin Xalq Respublikasından “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb.

Azinforum.az – ın mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir:

“Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir”.

Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:

“Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb”.

M.Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …