Ana səhifə / Aktual / Cinayətkarın atdığı güllə icra başçısının harasından dəyib?

Cinayətkarın atdığı güllə icra başçısının harasından dəyib?

Dünən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olması barədə xəbər vermişdik. Hadisədə Elmar Vəliyevin ağır yaralandığı bildirilirdi. Eyni zamanda dünən bir çox saytlarda Elmar Vəliyevin Türkiyəyə aparılması haqda xəbər yayılsa da Bizim Yol icra başçısına yaxın mənbələrdən onun azərbaycanda olmasını dəqiqləşdirə bilmiş və bu haqda xəbər verilmişdi.

Bizimyol.info bu gün icra başçısı haqda daha bir məlumat əldə edib. Ağır yaralanan Elmar Vəliyev üçün Türkiyədən həkim gətirilib. Qardaş ölkənin Bahçeşehir Universitetinin tibb fakultəsinin dekanı professor Türker Kılıç Gəncəyə dəvət edilib. Dəvət edilən məşhur türk cərrahını icra başçısının yaxını Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov ölkəyə gətirib. Kərəm Həsənovun Elmar Vəliyevlə quda olması haqda KİV-də xeyli məlumatlar var. Bu baxımdan Kərəm Həsənovun Elmar Vəliyevə köməklik göstərməsini də anlayışla qəbul etmək olar. Dəvət edilən həkimin Kərəm Həsənov tərəfindən gətirilməsini haqda məlumat həkimin çalışdığı Bahçeşehir Universitetinin saytında da qeyd edilib.
Məsələnin digər tərəfi isə bundan ibarədtdir ki, dəvət edilən məşhur həkim Türker Kılıç beyin cərrahiyəsi, onların əməliyyatları, beyində olan xərçəng xəstəliyinin cərrahiyyəsi üzrə tanınan şəxsdir. Həkim Türker Kılıçın beyin cərrahiyyəsi üzrə tanınmış adam olduğunu nəzərə alaraq bu qənaətə gəlmək olar ki, icra başçısı Elmar Vəliyev baş nahiyəsindən vurulub. Bir neçə gündür ölkənin əsas xəbərinə çevrilən bu hadisənin bütün ölkə tərəfindən izlənməsi və icra başçısının necə, hansı şəraitdə, hansı nahiyəsindən vurulması olduqca maraqlıdır. Qeyd etdiyimiz təhlil sadəcə dəvət edilən həkimin ixtisası üzrə aparılan təhlildir. Çünki, Elmar Vəliyev başqa nahiyədən vurularaq yaralansa idi, onda beyin cərrahiyəsi ilə məşğul olan həkim dəvət edilməzdi.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …