Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Aktual / Çimərliklərdən ilk görüntülər – Video

Çimərliklərdən ilk görüntülər – Video

Bu gündən Azərbaycanda çimərliklərin fəaliyyətinə icazə verilib və cimerlik.az saytı aktivləşib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq monitorinq olunmuş və reyestə daxil edilmiş çimərliklər vətəndaşların istifadəsi üçün tam hazırdır. Hazırda çimərliklərdə könüllülər tərəfindən səsgücləndiricilər vasitəsilə maarifləndirmə işləri aparılır.

Ərazidə əhalinin istirahət edəcəyi zonalar xətlər və naqillər vasitəsilə ayrılıb. Artıq vətəndaşlar çimərlikdən istifadə etməyə başlayıb. Bunu cimerlik.az saytında yerləşdirilən interaktiv xəritədən də görmək mümkündür. Misal üçün, Pirşağı qəsəbəsində yerləşən 80 nəfərlik bir çimərlikdə hazırda 27 boş yer qalıb. Şıxda yerləşən ödənişsiz Idea çimərliyində 100 yerdən 52-si dolub.

Çimərliklərdə vəziyyət, vətəndaşların rahatlığının, sağlamlığının təmin olunması istiqamətində işlər davam etdirilir. Vətəndaşlar çimərliklərə gedərkən öz sağlamlıqları, virusa yoluxmamaları və virusun ölkədə daha çox yayılmasına səbəb olmamaları üçün qaydalara uyğun davranmalı, təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər.

Tövsiyə olunan qaydalar:

☑️Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;
☑️İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək;
☑️Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;
☑️Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;
☑️Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;
☑️Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;
☑️Qadağan olunmuş ərazilərdən istifadə etməmək;
☑️Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;
☑️Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.

Həmçinin oxuyun

Pərvin milyonluq bağın sahibindən danışdı: “21 yaşında mən o bağda ilk dəfə…”

Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial …