“100-dən çox çimərlik barədə məlumat saytda qeyd olunub”.
“Qafqazinfo” xəbər verir ki, bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib:
“Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Hər bir çimərlikdə könüllülər fəaliyyət göstərəcək. Onlar tələblərə riayət olunmasının monitorinqini həyata keçirəcəklər. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.
Vətəndaşlar monitorinqdən kənarda qalan, reyestrə salınmayan çimərliyə gedəndə ehtiyatlı olmalıdırlar. Çünki orada dezinfeksiya işləri aparılmaya bilər”.