Ana səhifə / Aktual / “Ciddi dövlət qurumlarında narkotik aludəçisi olanlar çalışır”

“Ciddi dövlət qurumlarında narkotik aludəçisi olanlar çalışır”

“Gələcəkdə dövlət qulluqçuları da narkoloji testdən keçirilməlidir”. 

“ Azinforum.az ” xəbər verir ki, belə bir təşəbbüslə Milli Məclisdə deputat Fazil Mustafa çıxış edib. 

“Bizdə olan qeyri-rəsmi məlumatlara görə, Azərbaycanın kifayət qədər ciddi dövlət qurumlarında narkotik testdən keçməyən, lakin bu xəstəliyin aludəçisi olan insanlar çalışır. Onlar kifayət qədər də səlahiyyətli mövqelərə sahibdirlər. Bir narkomanın hər hansı bir posta olması o deməkdir ki, o, narkotiklərin yayılmasında xüsusi rol ala bilər. Hesab edirəm ki, bu məsələdə total dövlət nəzarəti həyata keçirilməlidir”, – deputat qeyd edib. 

Həmçinin oxuyun

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb – O, həm də nazir müavinin oğludur…

Hesablama Palatası FHN-də yoxlama aparıb. Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyevin oğlu, polkovnik-leytnant Elvin Mehdiyevin yüksək …