Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Ceyhun Osmanlının hərəkatı plagiat çıxdı

Ceyhun Osmanlının hərəkatı plagiat çıxdı

“Azərbaycan Yaşıllar Hərəkatı” 1990-cı ildən Ədliyyə nazirliyindən qeydiyyatdan keçib. Ona görə də, Ceyhun Osmanlının “Azərbaycan Yaşıllar Hərəkatı”ı yaratması düzgün deyil.

Bu sözləri Ceyhun Osmanlının “Azərbaycan Yaşıllar Hərəkatı”ı yaratmasına münasibət bildirən eyni adlı hərəkatın sədri Fəridə Hüseynova deyib.

Fəridə Hüseynova bildirib ki, Yaşıllar partiyası da yaratmışdılar, Ədliyyə nazirliyinə şikayət etdikdən sonra onu ləğv ediblər:

“Əgər belə bir hərəkat yaradılsa mütləq dövlət orqanlarına müraciət edəcəm. Açığı Ceyhun Osmanlının belə bir bəyanat verməsindən xəbərim yox idi. Onlar bizim adımızdan, nüfuzumuzdan istifadə edərək dövlət qurumlarından, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından layihələr almaq istəyirlər”.

Fəridə Hüseynova qeyd edib ki, baş verənləri provikasiya kimi qəbul edir:

“Bilmirəm özümə qarşıdır, yoxsa hərəkata qarşıdır. Ancaq baş verənlər provokasiyadır. Biz fəaliyyət göstəririk və işimizdə heç bir neqativ hal yoxdur”.

Həmçinin oxuyun

“Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa…” – Dövlət başçısı

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …