Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Ceyhun Hacıbəylinin nəvələrinə də medal verildi

Ceyhun Hacıbəylinin nəvələrinə də medal verildi

Azərbaycan Cümhuriyyətinin Paris Nümayəndə Heyətinin üzvü, ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin nəvəsi Jan Kleman Hacıbəyli  “Azərbaycan Xalq Cümhuriyyəti 100” medalı ilə təltif  edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Çapar” dərgisi sosial şəbəkədə məlumat paylaşıb. Hacıbəyli ailəsinin musiqi sənətini davam etdirən Klement Hacıbəyli prezident İlham Əliyevin verdiyi ali mükafatı dəyərləndirərkən bu şərəfin Ceyhun Hacıbəyliyə aid olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, C. Hacıbəylinin digər nəvəsi Benjamin Hacıbəyli də sözügedən medalla təltif edilib. 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …