Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / CEYHUN BAYRAMOVDAN YENİ TƏYİNATLAR – Nazirlikdə 3 mühüm postla bağlı dəyişiklik oldu

CEYHUN BAYRAMOVDAN YENİ TƏYİNATLAR – Nazirlikdə 3 mühüm postla bağlı dəyişiklik oldu

Təhsil naziri Ceyhun Bayramov bu gün 3 təyinata imza atıb.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazirin əmri ilə Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə Vəfa Yaqublu təyin olunub. O, bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 

Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsinə isə bu şöbənin müdir müavini Nərminə Hüseynova gətirilib

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …