Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Ceyhun Bayramovdan müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA – Tətil təsir etməyəcək

Ceyhun Bayramovdan müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA – Tətil təsir etməyəcək

Təhsil naziri Ceyhun Bayramov koronavirusla əlaqədar məktəblərdə tədrisin dayandırılmasının müəllimlərin əməkhaqqına necə təsir edəcəyini açıqlayıb.
Nazir bildirib ki, bu kimi hallarda işçinin günahı olmadan iş fəaliyyəti dayandırıldıqda qanunvericilikdə işçinin əməkhaqqısının ödənilməsi nəzərdə tutulub:
“Bunu da qeyd edim ki, işçilərin əməkhaqqının vaxtında hesablanaraq ödənilməsi dövlət başçısı tərəfindən müvafiq orqanlar qarşısında qoyulan ən vacib məsələdir. Ona görə də hesab edirəm ki, onların əməkhaqlarının ödənilməsi ilə bağlı heç bir problem olmayacaq”.(AzEdu.az)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …