Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Ceyhun Bayramov: “Qondarma “DQR”in Azərbaycanın sərhədləri daxilində gələcəyi yoxdur”

Ceyhun Bayramov: “Qondarma “DQR”in Azərbaycanın sərhədləri daxilində gələcəyi yoxdur”

“Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində gələcəyi yoxdur”.
Bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov “The Washington Times”a müsahibəsində deyib.
“Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bunu əsas tutaraq, Ermənistanla müharibə dayandırıla bilər”.
C.Bayramov ABŞ və Rusiya daxil olmaqla, bütün ölkələrin və hətta Ermənistanın özünün də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb:
“Müzakirə ediləcək bir şey yoxdur, Azərbaycanın ayrılmaz hissəsi olaraq, eyni torpaqda və dünyada birlikdə yaşamaq üçün bir yol tapmaq olar. Bu, mümkündür. Azərbaycanda sünnilər və şiələr, yəhudilər və xristianlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, sahurlar sülh və həmrəylik içində yaşayırlar. 
İşğal olunmuş əraziləri çıxmaqla, təxminən 30 min erməni Azərbaycanı öz evi adlandırır. Bura tək bir etnik qrupun və ya tək bir dinin məkanı deyil”.
Bununla birlikdə, o qeyd edib ki, Ermənistanın hazırkı hökuməti destruktiv siyasət yürütməyə davam edir:
“Azərbaycan Ermənistanla qonşu olaraq – sülh və firavanlıq içində yaşamaq istəyir. Bütün problemlərimiz Ermənistanın işğalı və sülhə nail olmaq üçün mümkün olan yeganə şərti – ərazilərimizdən qoşunlarını çıxarmaqdan imtina etmələri ilə bağlıdır. Biz fərqli yaşamağı öyrənməliyik”.
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Buna əsaslanaraq, bu müharibəyə son qoya və sülh yoluna qədəm qoya bilərik”, – deyə azərbaycanlı nazir bildirib.

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …