Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ceyhun Bayramov bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib

Ceyhun Bayramov bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib

Təhsil naziri Ceyhun Bayramov bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

APA-nın xəbərinə görə, C. Bayramov bildirib ki, hər kəsin həyatında “Son zəng” xüsusi yer tutur: “Amma prioritetləri düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət yetkin insanlardır. Bu tədbiri daha sonrakı mərhələdə də keçirmək olar. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək onlayn rejimdə də bunu keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hət birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …